Xəbər lenti

  

Hardasa iki il əvvəl siyasi rejimi tənqidləriylə gündəmə gələn və bu cəsarətinin bədəlini 9 il azadlıqdan məhrum olunmaqla ödəyən Zərdab prokurorluğunun sabiq müstəntiqi Rüfət Səfərov Azərbaycanın görkəmli şairi Məmməd İsmayıla məktub yazıb. Dünən 9 saylı cəzaçəkmə müəssisəsinin barmaqlıqları arxasında qələmə alınan məktubu Ovqat.com oxucularına təqdim edirik:

 

“Azərbaycanın görkəmli şairi, əzizimiz  Məmməd İsmayıla 

Çox hörmətli Məmməd müəllim! Sizi  həbsxana divarları arasından ürəkdən salamlayır və İ. Annenski adına yüksək mükafata layiq görüldüyünüzə görə səmimi qəlbdən təbrik edirəm. Taleyin mənə nəsib etdiyi arzu və istəklərimi şəxsinizə ifadə etməklə özümü bəxtiyar hesab edirəm. Ziyalı sözünün bir neçə qarşılığı ola bilər. Fikrimcə, onların içərisində ən mükəmməli və bu dərinliyi tam ehtiva etməyə gücü çatan  işıq sözüdür. Bu işıqdan mənə pay verdiyiniz üçün Sizə böyük minnətdarlığımı və şükranlarımı bildirirəm. İradəmin möhkəmliyini, haqsızlığa, ədalətsizliyə qarşı mübarizə yollarında əqidəmin üstünlüyünü qorumaqda Sizin kimi dəyərli və işıqlı insanlarımızın dəstəyinin xüsusi əhəmiyyət daşıdığını yüksək diqqətinizə çatdırmağı özümə  mənəvi bir borc sayıram.

      Məmməd müəllim, hüquqlarımın Müdafiə Komitəsinə göstərdiyiniz dəstəyi və komitənin üzvü olaraq hökumətə yönəlik çağrışlarınızı  heç vaxt unutmayacağam. Bütün bunlara görə var olun!!! İşığınız həmişə yansın, dərdlərimizin üzərinə bir aydınlıq gətirsin. Bir daha yüksək mükafata görə Sizi təbrik edir və Tanrıdan Sizə sağlıqlı ömür diləyirəm.

               Dərin hörmətlə, Rüfət.

 

9 saylı cəzaçəkmə müəssisəsi. 10 dekabr 2018-ci il.

16:30




Ana səhifəyə qayıt        Baxış: 574          Tarix: 11-12-2018, 20:38      

Xəbəri paylaş


Paylaş:   

Prizma