Xəbər lenti

 

Qazaxıstan prezidenti Nursultan Nazarbayev istefa edib.

Ovqat.com xəbər verir ki, dünya mətbu orqanlarına düşən son dəqiqə məlumatlarında istefanın səbəbi izah olunmur.

Qeyd edək ki, Nursultan Nazarbayev son zamanlar apardığı bir sıra islahatlarla qazax xalqının və Türk dünyasının nüfuzunu qazanmış, demokratik Qazaxıstan naminə gələcək seçkilərdə iştirak etməyəcəyini bildirmişdi. Türkiyə-Rusiya arasında dostluq münasibətlərinin qurulmasında müstəsna roluna görə böyük rəğbət qazanan və bir çox islahatları ilə Türk dünyasının ağsaqqalı kimi tanınan Nazarbayevin birdən-birə istefaya getməsi ciddi suallara yol açır.




Ana səhifəyə qayıt        Baxış: 1 168          Tarix: 19-03-2019, 18:27      

Xəbəri paylaş


Paylaş:   

Prizma