Son parlament seçkiləri arxada qalsa da, onun ətrafında müzakirələr səngimək bilmir.
İstər hakimiyyət çevrələrində, istərsə də beynəlxalq arenada ciddi əlaqələri olan, zaman-zaman strateji beyin mərkəzi yaratmaqla gündəmə gələn, bir çox siyasi dəyişiklər təşəbbüsü ilə çıxış edən Azərbaycan Naminə İctimai Forumun (ANİF) prezidenti, politoloq Eldar Namazov da bu müzakirələrə qoşulub.
Eldar müəllim mövzuyla əlaqədar hazırladığı video-çıxışında Azərbaycanda keçirilən növbədənkənar parlament seçkilərinin əslində demokratikləşmə zərurətindən doğduğunu, amma hakimiyyətdən tamamilə uzaqlaşdırılması gözlənilən qruplar tərəfindən elə beşikdəcə boğulduğunu iddia edib. O, Qırqızıstanda 3 il hakimiyyətdən uzaqlaşdırılan Almazbek Atambayev hadisəsini misal gətirərək, Azərbaycanda da bənzər projenin həyata keçirildiyini bildirib və total şəkildə aparılan seçki saxtakarlığının arxasında Rusiyanın dayandığına eyham vurub.
Kifayət qədər ciddi iddiaların yer aldığı video-çıxışı Ovqat.com oxucularına təqdim edirik:
Paylaş: