İranda ötən ay Ukrayna təyyarəsinin vurulması öncədən planlaşdırılmış təxribat ola bilər.
Ovqat.com xəbər verir ki, bu ehtimalı irəli sürən tanınmış politoloq Eldar Namazovdur.
Vaxtilə mərhum Heydər Əliyevin xarici siyasət və milli təhlükəsizlik məsələləri üzrə köməkçisi olan, deməli bu sahədə ciddi təcrübə qazanan Eldar Namazov sözügedən təxribatın İrandakı daxili siyasi hesablaşmalardan qaynaqlandığına inanır.
Onun fikrincə, məqsəd İranın əsas hərbi qüvvəsi və teokratik hakimiyyətə bağlı olan SEPAH-ı sıradan çıxarmaq idi.
SEPAH-ın (İran İslam İnqilabı Keşikçiləri korpusu) milli orduya alternativ kimi yaradıldığını, ölkə iqtisadiyyatının 30%-nin bu korpusun əlində cəmləşdiyini xatırladan siyasi şərhçi bu fövqəlgücün bir çox dairələrin narahatlığına yol açdığını düşünür. Onun fikrincə, Ukrayna təyyarəsinin vurulması və SEPAH-ın bu məsələdə günahlandırılması da həmin qüvvələrin maraqlarına tam cavab verirmiş.
Təyyarə bönranına fərqli aspektdən yanaşan video-çıxışı təqdim edirik:
Paylaş: