Xəbər lenti

 

 

"Hazırda Azərbaycanda rəsmi olaraq koronavirusa yoluxduğu təsdiqlənən 19 hal qeydə alınıb".

"Report" xəbər verir ki, bunu TƏBİB-in şöbə müdiri Yaqut Qarayeva deyib.

Onun sözlərinə görə, onlardan 3 nəfəri tam sağalaraq evə buraxılıb.

Y.Qarayeva bildirib ki, virus aşkar olunan hallar epidemioloji əlaqəli hadisələrdir.

Maraqlıdır ki, TƏBİB ölkəmizdə cəmi 19 nəfərin koronavirusa yoluxduğunu iddia etsə də, paytaxt Bakıda artıq bu səbəbdən böyük ticarət mərkəzlərindən biri bağlanıb.

 

Anews.az-ın məlumatına görə, bağlanan bu ticarət mərkəzi "PORT BAKU TOWERS"-dir.

Məlumatda deyilir ki, iki nəfərdə yüksək tempreratur aşkarlandığından  PASHA, PMD, BAKCELL və.s şirkətlər işçiləri evə buraxıb.

"PORT BAKU TOWERS" -dan anews.az-a xəbəri təsdiqləyiblər. Qeydiyyat şöbəsindən bildiriblər ki, iki nəfərdə şübhəli hal olduğu üçün burada fəaliyyət göstərən bütün şirkətlər bağlanıb və bütün mərtəbələr evakuasiya olunub.

"PORT BAKU TOWERS”-dəki baş verən bu hadisə Azərbaycan üçün ilkdir. Ona görə ki, bu zamana qədər Azərbaycan səhiyyə sistemi koronavirusu əsasən xarici ölkələrdən qayıdan vətəndaşlarımızda axtarırdılar. İndi isə belə görünür ki, araşdırmalar "yerli" azərbaycanlılar arasında da aparılır.

Qeyd edək ki, ötən gün Azərbaycanda bir nəfərin koronavirusdan öldüyü rəsmən etiraf edilmişdi.

Ovqat.com




Ana səhifəyə qayıt        Baxış: 3 061          Tarix: 13-03-2020, 17:53      

Xəbəri paylaş


Paylaş:   

Prizma