Xəbər lenti

 

Azərbaycanın Baş Naziri Əli Əsədov rayon və şəhər icra hakimiyyətlərinin rəhbərlərinə müraciət edib.

"Report" xəbər verir ki, Baş Nazir bu barədə Nazirlər Kabineti yanında operativ qərargahın onun sədrliyi ilə keçirilən bugünkü iclasında bildirib.

"Buradan müraciət edərək qərargahın üzvlərindən kənarda olan bütün rayon, şəhər icra hakimiyyətlərinin rəhbərlərinə bir nömrəli tapşırıq kimi, cənab Prezidentin tapşırığını çatdırmaq istəyirəm. Bir nömrəli və ən vacib tapşırıq bu gün ondan ibarətdir ki, karantinin şərtləri sözsüz-şərtsiz icra olunmalıdır və hamı buna riayət etməlidir. Yaşından, vəzifəsindən, heç bir imtiyaza baxmayaraq bunun tələbləri vaxtında və tam şəkildə icra olunmalıdır", - deyə Baş Nazir Əli Əsədov qeyd edib.

Ə.Əsədov vurğulayıb ki, bununla əlaqədar qanunvericiliyin şərtlərinə uyğun olaraq dövlət tərəfindən bütün lazım olan tədbirlər görüləcək və qarşıya qoyulan tapşırıqlar 100 faiz icra olunacaq.




Ana səhifəyə qayıt        Baxış: 2 283          Tarix: 26-03-2020, 23:37      


Paylaş:   

Xəbərə şərh yaz
Adınız:*
E-Mail:*
Şərhiniz:*
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent