Xəbər lenti


Azərbaycan Tibb Universiteti Tədris Cərrahiyyə Klinikasının Urologiya şöbəsinin müdiri, həkim uroloq, tibb üzrə fəlsəfə doktoru Fikrət Əhmədov könüllü olaraq koronavirusu müalicə edən həkimlərlə birgə işləyir.
 
Ovqat.com Oxu.az-a istinadən məlumat verir ki, F.Əhmədov könüllü olaraq koronavirusu müalicə edən həkimlərlə birgə işləmək istəyərkən buna icazə verilməyib.
 
Həkim buna icazə verilməyəcəyi təqdirdə, işdən çıxmaq üçün ərizəsini yazacağını bildirib.
 Daha sonra onun könüllü işləməsi üçün lazımi şərait yaradılıb. Hazırda o, digər həkimlərlə birgə koronavirusa yoluxanları müalicə edir.
 
Qeyd edək ki, F.Əhmədov Baş nazirin müavini, Yeni Azərbaycan Partiyasının sədr müavini Əli Əhmədovun oğludur.
 



Ana səhifəyə qayıt        Baxış: 1 948          Tarix: 18-04-2020, 01:28      

Xəbəri paylaş


Paylaş:   

Prizma