Xəbər lenti


Birinci Vitse-Prezident Mehriban Əliyeva ölkəmizin xristian icmasını Pasxa bayramı münasibətilə təbrik edib.
Ovqat.com-un məlumatına görə, xanım Əliyeva özünün Telegram səhifəsində paylaşdığı bayram mesajında yazıb:
“Azərbaycanın bütün xristian icmasını müqəddəs Pasxa bayramı münasibətilə səmimi-qəlbdən təbrik edirəm!
Bu əziz gündə vətəndaşlarımızın sağlamlığı, xoşbəxt gələcəyi, ölkəmizin əmin-amanlığı naminə dualar edilir. Bütün bu dua və diləklərə qoşularaq əmin olduğumu bildirirəm ki, biz bu gün üzləşdiyimiz çətinliklərin öhdəsindən xalqımızın həmrəyliyi, əzmi və iradəsi sayəsində uğurla gələcəyik! Uca Tanrıdan hər birinizə möhkəm cansağlığı, uzun ömür və xoşbəxtlik arzulayıram!”




Ana səhifəyə qayıt        Baxış: 1 834          Tarix: 19-04-2020, 00:13      

Xəbəri paylaş


Paylaş:   

Prizma