Xəbər lenti
Bu gün, 19:31
Bu gün, 16:10
Bu gün, 14:55
Bu gün, 13:38
Bu gün, 12:14
Bu gün, 10:18
Dünən, 18:46
Dünən, 11:23
Dünən, 10:54
21-11-2024, 23:44
21-11-2024, 22:59
İsveç Azərbaycan Federasyonu Milli Məclisinə müraciət ünvanlayıb.
Ovqat.com xəbər verir ki, təşkilat müraciətində Azərbaycan parlamentinin faşizm üzərindəki qələbənin 75 illiyi ilə bağlı yubiley medalı təsis etməsinə öz münasibətini bildirib.
Həm təqdir, həm də qınaq motivli müraciətdə deyilir:
Azərbaycan Milli Məclisi özünün 2020.04.09 tarixli toplantısında faşizm üzərindəki qələbənin 75 illiyi ilə bağlı yubiley medalı təsis etmişdir. Altı yüz mindən artıq insanı savaşa göndərilən və bu savaşda üç yüz mindən çox övladını itirən Azərbaycanın belə bir yubiley medalı təsis etməsini razılıqla qarşıladıq. Bu medalın “Böyük Vətən Müharibəsində Qələbənin 75 illiyi” (1945 - 2022) yubiley medalı adlandırılmasına isə təəssüf etdik. Bu adlandırma bizə Sovet dövrü məktəblərində tez-tez yazdırılan “SSRİ mənim Vətənimdir!” inşasını xatırlatdı.
2021-ci ildə dövlət müstəqilliyimizin 30 ili tamam olur. Ancaq bu müddətdə bir toplum olaraq müstəqillik zehniyyətinə yiyələnə bilmişikmi? Təəssüf ki, yox! Hələ də dünyaya, tarixə və hadisələrə müstəqil Azərbaycan dövlətçiliyi baxımından yox, 70 ildən artıq işğalı altında yaşadığımız Rus-Sovet Dövlətinin mənafeyi baxımından yanaşırıq. Bütün dünya dövlətlərinin “II Dünya Müharibəsi” kimi adlandırdığı bir tarixi gerçəkliyi Azərbaycanda bu gün belə “Böyük Vətən Müharibəsi” adlandırmaq əsarət zehniyyətindən hələ tam qurtula bilmədiyimizi göstərməkdədir.
1939-cu ildə SSRİ-nin Finlandiya və Polşaya qarşı başlatdığı işğalçı müharibə məgər “Böyük Vətən” müharibəsi idi? Alman faşizminə qarşı savaş məgər yalnız SSRİ-nin savaşı idi ki, ona “Böyük Vətən” Müharibəsi adı verilir? Elə isə bəs müttəfiq dövlətlərin faşizmə qarşı müharibəsi nə adlanmalıdır?
Fikrimizcə, daha ümumi xarakter daşıyan II Dünya Müharibəsi anlayışını “Böyük Vətən Müharibəsi” adlandırmaq təkcə Sovet dövrünün təbliğatını təkrarlamaq deyil, həm də qələbənin 75 illiyi ilə bağlı təsis edilən yubiley medalının dəyərini kiçiltməkdir. Halbuki II Dünya Müharibəsi anlayışı daha böyük bir tarixi dönəmi əhatə edir və yubiley medalını “II Dünya Müharibəsində Qələbənin 75 illiyi” adlandırmaq ona beynəlxalq status qazandırmaq baxımından da önəmlidir.
Deyilənləri gözə alaraq İsveç Azərbaycan Federasyonu Azərbaycan Milli Məclisinə müraciət edir və bildirir ki, məsələyə sıradan bir ad kimi yox, müstəqil dövlətçilik zehniyyətimizlə bağlı bir anlayış kimi yanaşılmalıdır. Bu yanaşım isə yubiley medalının məhz “II Dünya Müharibəsində Qələbənin 75 illiyi” adlandırılmasını tələb edir.
Stokholm
20.04.18
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar