Xəbər lenti
 

Prezident İlham Əliyev Nahid Bağırova töhmət elan edilməsi haqqında Sərəncam imzalayıb.
 
Ovqat.com xəbər verir ki, Sərəncama əsasən, İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Nahid Rza oğlu Bağırova Azərbaycan Respublikasının ərazisində koronavirus infeksiyasının (COVİD-19) yayılmasının qarşısının alınması məqsədilə tətbiq olunmuş xüsusi karantin rejimi qaydalarını pozduğuna görə töhmət elan edilir.
 
Prezidentin 18 illik fəaliyyəti zamanı ilk töhmətini almaq “ayrıcalığı”nı qazanmağı bacaran Nahid Bağırov 4 aprel 1979-cu ildə Bakı şəhərində anadan olub. Orta təhsilini 242 və 151 saylı məktəblərdə alıb.
 
1998-2000-ci illlərdə Bakı şəhəri Sabunçu rayon məhkəməsində katib vəzifəsində çalışıb. 1999-cu ildə Azərbaycan Beynəlxalq Universitetinin Hüquq fakültəsini bitirib. 2000-2001-ci illərdə N nömrəli hərbi hissədə hərbi xidmətdə olub. 2001-2005-ci illərdə "Sir" hüquq şirkətinin vitse-prezidenti vəzifəsində çalışıb. 2006-cı ildə Bakı Dövlət Universitetinin Beynəlxalq Hüquq fakültəsini bitirib.

Belə görünür ki, iki dəfə hüquq fakültəsini bitirən və yerli qanunvericiliklə yanaşı, beynəlxalq hüququn sirlərinə vaqif olan icra başçısının karantin qadağalarından xəbəri yoxmuş. Yəqin başı daha dərin mövzulara qarışdığından xırda məsələlərlə özünü yormaq istəməyib. Nəticəsi belə... 

Odur ki, adam gərək arada xırda məsələləri öyrənməyə də vaxt ayıra. Yoxsa məşhur qəzəllərimizdən birində dediyimiz kimi:

“Yıxılıb şil-küt olar, kim “uçaraq” göylə gedər,
Çünki adət belədir: “hayla gələn, küylə gedər”.



Ana səhifəyə qayıt        Baxış: 3 413          Tarix: 21-04-2020, 18:38      

Xəbəri paylaş


Paylaş:   

Prizma