Xəbər lenti
 
 
Baş Mil-Muğan Kollektoru İstismarı İdarəsinin rəisi Bulat Ağabəyov  yenidən   şantaja məruz qalır.
 
Ovqat com-un elektron poçtuna daxil olan məktubda belə deyilir.
 
İddialara görə, ötən ilin oktyabr aylarında ondan hədə-qorxu yolu ilə pul tələb etməkdə və dələduzluqda təqsirli bilinən “çete”nin üzvləri yenidən fəallaşıblar. Onlar müxtəlif şantaj yoluyla ölkənin ən böyük dövlət təsərrüfatlarından birinin rəhbərindən külli miqdarda pul istəyirlər.
 
Xatırladaq ki, həmin şantajçı qrupla Bulat Ağabəyovun arasındakı ziddiyyət yeni ortaya çıxmayıb. Tərəflər arasındakı ziddiyyət ötən il məhkəmələrə qədər varmış, sonunda cinayət işində adı hallanan qrupun yalnız bir üzvü Elşən Cabbarov 11 il müddətinə azadlıqdan məhrum olunmuş, bu da onun atası Mürsəl kişinin ciddi etirazlarına yol açmışdı. Saytımız vasitəsilə şikayətini dilə gətirən Mürsəl kişi haqlı olaraq hüquq-mühafizə orqanlarından sual etmişdi ki, Elşənin əməllərində əgər həqiqətən də cinayət tərkibi vardısa, necə olur, o, 11 müddətinə həbsə atılır, amma təqsirləndirilən digər insanlar heç bir cəza almadan əl-qollarını sallaya-sallaya azadlıqda gəzirlər? Halbuki, bu əməllərin arxasında Elşən yox, dəstənin digər bir üzvü – Məmməd Cəfərov dayanırdı. Qarabağ əlili olan Elşənin bu işdə sadəcə psixoloji vəziyyətindən istifadə edilmiş və sonunda güdaza verilən də o olmuşdu.

İndi isə şərti cəza alaraq azadlığa buraxılan çetenin digər üzvləri  Təbriz Əsədov, Məmməd Cəfərov, Elza Bunyatova və Şüşəxanım Qədirovanın cəzasız qalmalarından həvəslənib yenidən Bulat Ağabəyovu şantaj etməyə başladıqları iddia olunur: “Əslində isə həmin şəxslərin yüngül cəza almasının əsas səbəbkarı da elə Bulat Ağabəyov və digər zərərçəkmişlərdir. Onlar öz şikayət ərizələrini geri götürməsəydilər, şantaj “çetesinin” digər fiqurları da indi ağır cəza alaraq həbsxanaya salınardılar”.

Məktub müəlliflərinin bildirdiyinə görə, Bulat Ağabəyovun bu humanizminin səbəbi “çete” üzvləri arasında qadınların olması və onların baş verənlərdən ibrət dərsi çıxarmalarına inanması imiş. İndisə həmin adamlar eyni qaydada Bulat Ağabəyovu şantaj edirlər və bu işdə sosial şəbəkələrin imkanlarından faydalanırlar.

Ovqat.com olaraq məsələni araşdırdıqda isə məlum oldu ki, Bulat Ağabəyovun rəhmə gəlməsinin başqa səbəbləri də var. Aldığımız məlumata görə, ilk dəfə şantaj olunan zaman Bulat Ağabəyov “çetenin” bir çox tələblərini əslində yerinə yetiribmiş. Di gəl ki, tələblər yerinə yetirildikcə, şantajlar nəinki kəsilməyib, əksinə daha da intensivləşib. Nəhayət, şantajlardan zinhara gələn Ağabəyov məhkəmə instansiyasına müraciət etməli olub. Məhz bu şikayətdən sonra “çete”nin bütün siması dəyişib. Cinayət işində adı keçən iş adamı və “banda” rəhbəri  Məmməd Cəfərov Bulat Ağabəyov və digər zərərçəkənlərə xeyli elçi yollamış, üzrxahlıq edib, bir də belə səhvə yol verməyəcəyinə boyun olub. Rayonun ən nüfuzlu adamlarının xahişlərə tap gətirməyən iddiaçı sonunda öz iddiadından əl çəkib. Əlbəttə ki, sadəcə ağsaqqal-qarasaqqal xahişinə görə yox. Sən demə, Bulat Ağabəyovun bu humanizmi müqabilində Məmməd Cəfərov ondan aldıqlarını geri qaytaracağına söz veribmiş. 

Şantaj yoluyla əldə olunan məbləğ xeyli artıq -30 min  manat olmasına baxmayaraq, Məmməd Cəfərovun qurbanına indiyədək 18000 manat və digər zərər çəkənlərə isə müəyən qədər pul qaytarıb. Daha sonra isə peşman olub və...

Məktubda deyilir:

“Sözügedən cinayət işiylə bağlı  məhkəmə prosesi başa çatandan sonra Məmməd Cəvərov Bulat Ağabəyova xəbər salıb ki, o vaxt verdiyim 18 mini geri qaytar. Sənin məhkəmədə şikayətini dala çəkməyin barədə verdiyin barşıq ərizəsi  mənim işimə yaramadı. Əks halda işin yaxşı olmayacaq”. 

Və bu xəbərdarlıqdan sonra Facebookdakı “Salyanın Səsi” səhifəsindən Bulat Ağabəyova qarşı sistematik şantaj xəbərlərinə start verilir. Şantaj yazılarında Bulat Ağabəyovun adı rəhbərlik etdiyi idarədə çalışan xanımlarla münasibətdə  hallandırılır və o, bu yolla təzyiqlərə məruz qalaraq, təhqir edilir. 

Movzuya bağlı Bulat Ağabəyovun mövqeyin növbəti yazıda   ətraflı dərc edəcəyik və əlimizdə iddiaları təsdiqləyən ciddi dəlillər var.
 



Ana səhifəyə qayıt        Baxış: 5 010          Tarix: 21-04-2020, 21:51      

Xəbəri paylaş


Paylaş:   

Prizma