Xəbər lenti
Dünən, 23:44
Dünən, 19:23
Dünən, 17:45
Dünən, 16:14
Dünən, 14:30
Dünən, 11:47
20-11-2024, 23:59
20-11-2024, 23:00
20-11-2024, 21:41
20-11-2024, 18:40
20-11-2024, 17:11
20-11-2024, 16:41
20-11-2024, 15:36
20-11-2024, 14:19
20-11-2024, 13:48
Yeni növ koronavirus (COVİD-19) pandemiyası üzündən "misli görünməmiş" qlobal tənəzzülün gözlənilir.
Ovqat.com xəbər verir ki, bu bədbin proqnozu beynəlxalq reytinq agentliyi olan “Fitch Ratings” açıqlayıb.
Agentliyin proqnozuna görə, dünya iqtisadiyyatı bu il 3.9 faiz daralacaq.
Fitch Ratings tərəfindən bu il artıq üçüncü dəfə yenilənən Qlobal İqtisadi Baxış hesabatında, COVİD-19 infeksiyasına qarşı görülən təcrid tədbirlərinin uzanmasına uyğun olaraq, qlobal iqtisadi artım proqnozlarında aşağıya doğru bir düzəliş edilib.
Aprelin 2-də dərc edilmiş əvvəlki hesabatında bu göstərici -1.9 faiz idi, indisə -4%-ə yaxın
Hesabatda iqtisadi daralmanın 2020-ci ilin əvvəli ilə müqayisədə 2.8 trilyon dollar olacağı və qlobal çöküşün 2021-ci ilə qədər sürəcəyi proqnozlaşdırılır. 2021-ci ildə isə dünya iqtisadiyyatının 5 faiz böyüyəcəyi gözlənilir.
Proqnozlara inansaq, ən ciddi çöküş Avropada yaşanacaq. Avro-zona iqtisadiyyatı bu il 7 faiz daralacaq, 2021-ci ildə isə 4.3 faiz böyüyəcək.
Avropanın aparıcı iqtisadiyyatlarından biri olan Almaniyada tənəzzülün 6,2 faiz, İtaliyada 8 faiz, Fransada 7 faiz və İspaniyada isə 7.5 faiz olacağı təxmin edilir. Hesabata görə, İngiltərə iqtisadiyyatı bu il 6,3 daralacaq.
Koronavirusun dağıdıcı iqtisadi təsirlərindən heç bir ölkənin və ya bölgənin xilas ola bilməyəcəyi qeyd olunan hesabatda ABŞ iqtisadiyyatının 5.6 faiz daralacağı, 2021-ci ildə 4.3 faiz artacağı proqnozlaşdırılır.
Ən yaxşı göstəricinin isə Çində ortaya çıxacağı gözlənilir. Təxmin edilir ki, Çin iqtisadiyyatı bu il nəinki tənəzzül yaşamayacaq, əksinə 0.7% artacaq. 2021-ci ildə isə Çin iqtisadiyyatında 7,9 faiz artım yaşanacaq.
“Fitch Ratings”-in təxminləri baş tutsa, inkişaf etməkdə olan ölkələri də şanslılar qrupuna aid edə bilərik. Bu ölkələrin iqtisadiyyatlarında bu il orta hesabla 0,5 faiz azalma, 2021-ci ildə isə 6.4 faiz artım müşahidə olunacaq.
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar