Xəbər lenti

 
Qoşulmama Hərəkatına üzv ölkələrin başçılarının bu gün videokonfrans formatında görüşü olacaq.  Bakı vaxtı ilə saat 15:00-da başlayacaq görüş Qoşulmama Hərəkatının növbəti sədri kimi Prezident İlham Əliyevin çıxışı ilə başlayacaq.
 
Ovqat.com-a bu barədə məlumat İranın Azərbaycandakı səfirliyi tərəfindən verilib.
 
Məlumata görə, İran İslam Respublikasının Prezidenti cənab Həsən Ruhani də bu konfransda iştirak edəcək.
 
Prezidentin çıxışından və BMT baş katibinin video müraciətindən sonra Ümumdünya Səhiyyə Təşkilatının baş katibi, Afrika İttifaqı Komissiyasının başçısı və Avropa Komissiyasının muavini çıxış edəcəklər.
 
Daha sonra Qoşulmama Hərəkatına üzv ölkələrin başçılarının çıxışı başlayacaqdır. 
 
İran İslam Respublikasının Prezidenti cənab Həsən Ruhani bu konfransda 6-cı çıxış edəcəkdir. 
 
Qeyd etmək lazımdır ki, prezidentlərin çıxışı əlifba sırasına uyğun olaraq tərtib edilib.


Ana səhifəyə qayıt        Baxış: 2 842          Tarix: 4-05-2020, 11:21      

Xəbəri paylaş


Paylaş:   

Prizma