Xəbər lenti


Azərbaycanda antikorrupsiya kampaniyası başlayandan, icra hakimiyyəti başçılarının və Mədəniyyət Nazirliyinin rəhbər vəzifəli şəxslərinin həbslərindən sonra ölkə rəsmiləri lüks və oliqarxik həyat tərzinə bağlılıqdan imtina etməyə başlayıblar.

Virtualaz.org bildirir ki, bir gün əvvəl Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı, keçmiş deputat Əhəd Abıyev bahalı maşından imtina edib. Bu barədə xəbər sosial şəbəkələrdə və yerli mediada yayılıb.

Məlumata görə, başçı Naxçıvan Muxtar Respublikasında istehsal olunan “NAZ Lifan” avtomobildə gəzməyə üstünlük verib.

Yerli sakinlərin dediyinə görə, buna qədər Əhəd Abıyev qiyməti təxminən 190 min ABŞ dolları olan “Lexus LX 570” markalı bahalı avtomobildən istifadə edib.

Ovqat.com-un əlavəsi

Ölkə başçısının bütün irad və xəbərdarlıqlarına baxmayaraq, indiyədək köhnə vərdişlərini tərgidə bilməyən məmurların DTX-nın keçirdiyi əməliyyatlardan sonra “təvazökarlaşmaları” Şah İsmayıl Xətaninin məşhur aforizmini yada salır: 
 
“Kafir zor görməzsə gəlməz amana, 
Dörd kitab oxunsa gəlməz imana”.




Ana səhifəyə qayıt        Baxış: 3 338          Tarix: 13-05-2020, 16:04      

Xəbəri paylaş


Paylaş:   

Prizma