Xəbər lenti


 
 Çuvaşiya Respublikasının keçmiş “Prezidenti” Mixail İqnatyev onu ədalətsiz işdən çıxardığı ittihamı ilə Rusiya Prezidenti Vladimir Putini  məhkəməyə verib. 
 
Ovqat.com Rusiya KİV-inə istinadən xəbər verir ki, ölkənin Ali Məhkəməsi İqnatyevin  iddiasını qəbul edib.
 
Məhkəmənin ilk iclası iyunun 30-da keçiriləcək.
 
İqnatyev yanvar ayında 'etimadını itirdiyinə' görə, on il yüksək vəzifəyə təyin olmamaq şərtiylə işdən uzaqlaşdırılmışdı. Putinin bu qərarı mətbuatda dərc olunan bir sıra qalmaqallardan sonra verilmişdi. Həmin kompromatlar arasında İqnatyevin jurnalistlərə qarşı müxtəlif ittihamları da yer alırdı. Bundan sonra İqnatyev sözlərinin təhrif olunduğunu bildirmiş və jurnalistlərdən üzr istəmişdi. Amma elə həmin çıxışında fikirlərinin guya təhrif olunduğunu iddia edərək jurnalistləri yenidən günahlandırmışdı. 
 
Mediada yayılan xəbərlərdə bildirilir ki, işdən qovulması İqnatyevə çox pis təsir edib və o, St. Sankt-Peterburqda xəstəxanaya yerləşdirilib. Hazırda eks-prezidentin vəziyyətinin ağır olduğu bildirilir.
 
Mixail İqnatyev 10 ildir ki, Çuvaşıyaya rəhbərlik edir. O, 2010-cü ilin 28 iyul ayında Çuvaşiya Dövlət Şurasının növbədənkənar sessiyasında respublikanın yeni prezidenti seçilmişdi. Bundan əvvəl isə o, Çuvaşiya baş nazirinin müavini, kənd təsərrüfatı naziri idi. Onu bu vəzifəyə Rusiyanın o dövrdəki prezidenti Dmitri Medvedyev irəli sürmüşdü.

M.İqnatyev 1993-cü ilin dekabrından respublikaya başçılıq etmiş Nikolay Fyodorovu əvəzləmişdi.


Ana səhifəyə qayıt        Baxış: 2 959          Tarix: 27-05-2020, 20:01      

Xəbəri paylaş


Paylaş:   

Prizma