Xəbər lenti


Nazirlər Kabineti yanında Operativ Qərargah məhdudiyyətlərin bir qisminin ləğv olunmasının qüvvəyə minmə tarixi ilə bağlı yayılan məlumatlara münasibət bildirib.

Nazirlər Kabinetinin Mətbuat Xidmətinin rəhbəri İbrahim Məmmədov “Report”un sorğusuna cavabında bildirib ki, artıq bu gündən - 31 may 2020-ci il saat 00:00-dan xüsusi karantin rejimi çərçivəsindəki məhdudiyyətlərin bir qismi aradan qaldırılıb:

“Bununla da artıq bu gündən Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərləri və Abşeron rayonu üzrə restoran, kafe, çay evlərində, eləcə də bütün ictimai iaşə məkanlarında müştərilərə yerində xidmət saat 08:00-dan 22:00-dək həyata keçirilir - təbii ki, ölkə üzrə bütün ictimai iaşə obyektlərində qəlyan avadanlıqlarından istifadə və 10 nəfərdən artıq toplaşmaqla kütləvi şənliklər, məclislərin təşkili istisna olmaqla”.

İ.Məmmədov həmçinin bildirib ki, bu gündən Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərləri və Abşeron rayonunda dövlət qurumlarında işçilərin say həddinin məhdudlaşdırılması artıq ləğv olunub.

“Ölkəmizin ərazisində iri ticarət mərkəzlərinin və “Mall”ların fəaliyyəti bu gündən bərpa olunub. Təbii ki, nəzdindəki uşaq və digər əyləncə mərkəzləri, kinoteatrlar, ictimai iaşə məkanlarının fəaliyyəti istisna olmaqla. Eyni zamanda açıq havada keçirilən idman yarışlarının tamaşaçıların iştirakı olmadan təşkilinə icazə verilib”, - deyə i.Məmmədov vurğulayıb.



Ana səhifəyə qayıt        Baxış: 2 818          Tarix: 31-05-2020, 14:40      

Xəbəri paylaş


Paylaş:   

Prizma