Xəbər lenti
Bu gün, 12:14
Bu gün, 10:18
Dünən, 18:46
Dünən, 11:23
Dünən, 10:54
21-11-2024, 23:44
21-11-2024, 22:59
21-11-2024, 21:44
21-11-2024, 20:54
21-11-2024, 19:23
21-11-2024, 18:30
21-11-2024, 17:45
21-11-2024, 16:14
Belarusun hüquq-mühafizə orqanları Minskdə saxlanılan Rusiya vətəndaşlarının siyahısını Ukraynaya göndərib.
Ovqat.com “RİA Novosti”-yə istinadən xəbər verir ki, bu barədə Ukraynanın xarici işlər naziri Dmitri Kuleba bildirib.
"Belarusiyada saxlanılan vətəndaşların siyahısını aldıq. Belarusun Xarici İşlər Nazirliyinin bizə göndərdiyi sənəddə həmin şəxslərin ölkəmizdə cinayət törədib-törətmədiyi və hərbi əməliyyatlarda iştirak edib-etmədiyini yoxlanılması xahiş olunur", — deyə Kuleba bildirib.
"Ukrayna vətəndaşlarının sayı ilə bağlı, mən indi dəqiq deyə bilərəm ki, onlar yeddi nəfərdir", - deyə Ukrayna diplomatiyasının rəhbəri əlavə edib. Onun sözlərinə görə, Ukrayna hüquq-mühafizə orqanları siyahı üzərində fəal işləyirlər. Nazir əlavə edib ki, Minsk Kiyevə qarşı heç bir ittiham irəli sürməyib.
Dmitri Kuleba
Bundan əvvəl Ukrayna Xarici İşlər Nazirliyinin mətbuat xidməti bəyan edib ki, rəsmi Kiyev Minskə Belarusda saxlanılan Rusiya vətəndaşlarının ekstradisiyası barədə sorğu göndərə bilər.
Belarus mətbuatı 32 Rusiya vətəndaşının Minskdə, daha birinin isə respublikanın cənubundakı bir sanatoriyada yaxalandığını bildirib. Onların hamısının "Vaqner" döyüşçüləri olduğu iddia edilir.
Ukrayna Xarici İşlər nazirinin son məlumatı onu göstərir ki, rəsmi Minskin əlində saxlanılan 33 nəfərdən 7-nin daha əvvəl Ukraynada təxribat törətməklə məşğul olmasına dair məlumatlar var. Bu da “Vaqner” muzdlularının artıq “bülbül kimi ötdüyü” ehtimalını ağla gətirir.
Digər iddialara görə, saxlanılanlardan bəzilərinin adları Ukraynanın "Mirotvorets"saytının məlumat bazasında tapılıb. Onlar həmin saytda Rusiyanın hərbi kəşfiyyatının (Rusiya Silahlı Qüvvələrinin Baş Qərargahının Baş Kəşfiyyat İdarəsinin – QRU-nun) "ştatdankənar əməkdaşları", bəziləri isə tanınmamış Donetsk Xalq Respublikasının hüquq — mühafizə orqanlarının əməkdaşları kimi qeyd olunublar.
Xatırladaq ki, Rusiya rəsmi dairələri həmin şəxslərin “Vaqner” adlı gizli ordu mənsubları olduğuna dair iddiaları rədd edib, belə bir hərbi qruplaşmanın ümumiyyətlə mövcud olmadığını bildirib. Rusiyanın Belarusdakı səfiri saxlanılanların İstanbula uçmaq üçün Moskvadan Minskə gəldiklərini iddia edib ki, bu da qətiyyən inandırıcı görünmür. Çünki Moskvadan İstanbula daha çox və ucuz qiymətə təyyarələr uçur və bunun üçün Minskə gəlməyə ehtiyac yoxdur. Üstəlik, adi sərnişinlərin əyinlərinə hərbi kamfluyaj geyinmələri müəmmasına da aydınlıq gətirmək lazımdır. Rusiya isə bunu hər bir vətəndaşın özbaşına geyə biləcəklərini irəli sürür. Eyni anda 33 nəfərin bu “özbaşınalığa” yol verməsi isə onların hərbi missiya daşıyıcısı olduqları ehtimalından daha az inandırıcıdır.
“Vaqner” muzdlularının 2016-cı ildə Aprel döyüşləri zamanı ermənilər tərəfində vuruşduqlarına dair iddialar da var.
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar