Xəbər lenti
Dünən, 21:43
Dünən, 19:31
Dünən, 14:55
Dünən, 13:38
Dünən, 12:14
Dünən, 10:18
22-11-2024, 23:59
22-11-2024, 21:40
22-11-2024, 18:46
22-11-2024, 14:24
22-11-2024, 11:23
22-11-2024, 10:54
22-11-2024, 09:27
Birinci vitse-prezident Katibliyi rəhbərinin müavini Fariz Rzayev isə xarici işlər nazirinin müavini vəzifəsinə təyin edilib
Prezident İlham Əliyevin sərəncamı ilə xarici işlər nazirinin müavini Nadir Hüseynov vəzifəsindən azad olunub. Birinci vitse-prezident Katibliyi rəhbərinin müavini Fariz Rzayev isə xarici işlər nazirinin müavini vəzifəsinə təyin edilib. Bu barədə virtualaz.org-a Xarici İşlər Nazirliyindəki mənbəyə istinadən məlumat yayıb.
Musavat.com bildirir ki, Fariz Rzayev 1977-ci ildə Bakı şəhərində anadan olub. Bakı Sosial İdarətemə və Politologiya İnstitutundan beynəlxalq münasibətlər ixtisası üzrə bakalavr, Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasından eyni ixtisas üzrə magistr dərəcəsinə malikdir. 2000-2013-cü illərdə Xarici İşlər Nazirliyində müxtəlif vəzifələrdə, o cümlədən 2002-2005-ci illərdə Azərbaycan Respublikasının Avstriyadakı, 2007-2012-ci illərdə Belçikadakı səfirliklərində çalışıb. 2-ci dərəcəli 1-ci katib diplomatik rütbəsinə malikdir.
O, 2017-ci ildə Təhsil Nazirliyində Aparat rəhbəri işləyib. Sonra F.Rzayev Birinci vitse-prezidentin Katibliyinin rəis müavini vəzifəsinə təyinat alıb.
Nadir Hüseynovun adı isə Dövlət Təhlükəsizlik Xidməti Xarici İşlər Nazirliyində iyulun 3-də başlatdığı antikorrupsiya həbslərindən sonra gündəmə gəlmişdi. Qeyd edək ki, rəisi həbs edilən Konsulluq İdarəsi Nadir Hüseynovun kurasiyasında olub. N.Hüseynov 2010-cu ilin noyabrın 24-dən nazir müavini postunda işləyirdi. O, 1992-1998-ci illərdə Xarici İşlər Nazirliyinin Dövlət Protokol İdarəsinin 1-ci katibi, şöbə müdiri, idarə rəisinin müavini, 1998-2010-cu illərdə Xarici İşlər Nazirliyi Konsulluq İdarəsinin rəisi olmuşdur.
2002-ci il yanvarın 12-də ona fövqəladə və səlahiyyətli səfir dərəcəsi verilib. 2010-ci ilin noyabrın 24-də nazir müavini vəzifəsinə təyin edilib. Onu az-az hallarda Bakıya gələn əcnəbi qonaqları qarşılayanlar sırasında görmək mümkün idi. İddia olunur ki, özünü həmişə arxa planda saxlamağı xoşlayan sabiq nazir müavinin “zamministr nevidimka”(gözəgörünməz) adlandırırmışlar. Ötən ay Nadir Hüseynov və daha bir müavinin XİN-də baş verən pozuntularla bağlı DTX-ya çağırılıb, saatlarla ifadə vermələri barədə xəbər yayılmışdı.
Qeyd edək ki, prezident İlham Əliyev iyulun 16-da Ceyhun Bayramovu xarici işlər naziri təyin olunması ilə əlaqədar videoformatda qəbul edərkən “ilk növbədə, nazirlik sistemində vəziyyət sağlamlaşdırılmalıdır. Kadr siyasətində şəxsi tanışlıq, rəğbət, dostluq əlaqələri yox, peşəkarlıq, vətənpərvərlik və milli dəyərlər əsas olmalıdır. Peşəkar, Vətənə bağlı olan, bilikli və Azərbaycanın maraqlarını layiqincə müdafiə edə bilən kadrlar önə çəkilməlidir ” deyə, bildirib.
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar