Xəbər lenti

 
Azərbaycan silahlı qüvvələri gecə Dağlıq Qarabağda yaşayış evləri və mülki infrastrukturlara atəş açmayıblar.
 
Ovqat.com xəbər verir ki, Qarabağın Fövqəladə Hallar üzrə Dövlət Xidmətinin bu gün yaydığı rəsmi məlumatında belə deyilir.
 
"Azərbaycan gecə şimal və cənub istiqamətlərində humanitar barışığa dair razılaşmanı kobud şəkildə pozub. Lakin yaşayış məntəqələri və mülki infrastruktur istiqamətində yanğın baş tutmayıb", - deyə məlumatda vurğulanır.
 
Xatırladaq ki, İrəvan və Bakı bu gün saat 00:00-dan etibarən humanitar məqsədlər üçün barışıq elan etmək qərarına gəlmişdilər. Amma azğın erməni silahlılarının mövqelərimizi atəşə tutmasıyla bu razılaşma havadan asılı qalıb.


Ana səhifəyə qayıt        Baxış: 5 131          Tarix: 18-10-2020, 10:43      

Xəbəri paylaş


Paylaş:   

Prizma