Xəbər lenti

 
Rusiya Prezidenti Vladimir Putin Ermənistanın Baş naziri Nikol Paşinyanla gündə bir neçə dəfə ünsiyyətdə olur. 
 
Ovqat.com xəbər verir ki, bu barədə Rusiyanın dövlət başçısı "Valday" beynəlxalq diskussiya klubunda çıxışı zamanı bildirib.
 
 
Onun sözlərinə görə, Qarabağla bağlı kompromis tapmaq çox istərdi. Çünki “münaqişə zonasında yeni qarşıdurma dalğasının başlaması ilə ölənlərin sayı hər iki tərəfdən beş min nəfərə yaxınlaşır”.
 
Prezident ümid edir ki, ABŞ-da Qarabağ münaqişəsi ilə bağlı danışıqlar zamanı amerikalı tərəfdaşlar Rusiya ilə eyni mövqedən çıxış edəcəklər.
 
Putin vurğulayıb ki, Ermənistan və Azərbaycan Rusiya üçün bərabər tərəfdaşdır.
 
"Rusiyanın Ermənistanla həmişə xüsusi əlaqələri olub. Ancaq Azərbaycanla da bizim həmişə xüsusi əlaqələrimiz mövcuddur. Rusiyada 2 milyondan çox erməni və 2 milyona yaxın azərbaycanlı yaşayır. Bunlar yalnız müvəqqəti mənfəətə gələn insanlar deyil, burada demək olar ki, daim yaşayan insanlardır. Onlar Rusiyada işləyərək milyardlarla dollarlıq vəsaiti ailələrini dəstəkləməyə yönəldirlər. Bütün bu insanların humanitar səviyyədə Rusiya ilə çox möhkəm və yaxın əlaqələri var – şəxslərarası, işgüzar, humanitar, ailəvi. Ona görə də bizim üçün həm Ermənistan, həm də Azərbaycan - bərabər tərəfdaşlar", - deyə Putin bildirib.


Ana səhifəyə qayıt        Baxış: 5 746          Tarix: 22-10-2020, 20:43      

Xəbəri paylaş


Paylaş:   

Prizma