Xəbər lenti

 
Ermənistan Dağlıq Qarabağdan öz qoşunlarını çıxarmayacaq.
 
Ovqat.com erməni mənbələrinə istinadən xəbər verir ki, Ermənistan Müdafiə naziri Vaqarşak Arutyunyan əsgər valideynləriylə söhbətində belə deyib.
 
Valideynlərin bildirdiyinə görə, onlar noyabrın 28-də Müdafiə naziri ilə görüşüblər və görüşün nəticələrindən narazı qalıblar. Belə ki, onların fikrincə, Ermənistan ordusunun əsgərləri Dağlıq Qarabağda qaldıqca Azərbaycan Silahlı Qüvvələrinin təxribatları ilə üzləşə və əsir düşə bilərlər. Odur ki, Ermənistan təcili olaraq əsgərlərini işğal ərazilərindən çıxarmalıdır.
 
Arutyunyan isə onları deyib ki, Ermənistan Qarabağdakı döyüş postlarında əsgərlərinin təhlükəsizliyinə zəmanət verir. Bundan əlavə, dekabrın 1-dən Qarabağda hərbi xidmətdə olan hərbçilərin tərkibinin dəyişdirilməsi təşkil ediləcək, lakin qoşunların çıxarılması istisna olunur.
 
Arutyunyanın bu sözləri istər-istəməz bəzi suallara yol açır: Rusiyanın vasitəçiliyi ilə bağlanmış üçtərəfli bəyanatda Ermənistan ordusunun Dağlıq Qarabağı tərk etməsi nəzərdə tutulmayıbmı? Dağlıq Qarabağ Azərbaycanın ərazinə daxildirsə, Ermənistan ordusunun əsgərləri orda nə gəzir?
 


Ana səhifəyə qayıt        Baxış: 6 302          Tarix: 29-11-2020, 01:12      

Xəbəri paylaş


Paylaş:   

Prizma