Xəbər lenti


Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 18-də Rusiya Federasiyasının Federal Təhlükəsizlik Xidmətinin direktoru Aleksandr Bortnikovu qəbul edib.

Ovqat.com Prezident İlham Əliyevin rəsmi saytına istinadən xəbər verir ki, Federal Təhlükəsizlik Xidmətinin direktoru Aleksandr Bortnikov Rusiya Prezidenti Vladimir Putinin salamlarını dövlətimizin başçısına çatdırıb.


Görüşdə bölgədə mövcud vəziyyət, münaqişənin həlli, üçtərəfli Bəyanatın müddəalarının icrası müzakirə edilərək, vəziyyətin sabit olduğu bildirilib.

Söhbət zamanı Azərbaycanla Rusiya arasında təhlükəsizlik sahəsində əməkdaşlıq məsələləri müzakirə olunub.

Prezident İlham Əliyev Rusiya dövlətinin başçısının salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını Rusiya Prezidentinə çatdırmağı xahiş edib.

Görüşdə Azərbaycan DTX-nin rəhbəri Əli Nağıyev də iştirak edib.



Ana səhifəyə qayıt        Baxış: 3 581          Tarix: 18-12-2020, 19:15      

Xəbəri paylaş


Paylaş:   

Prizma