Xəbər lenti


«DXR qüvvələri gecə ərzində 27 km irəliləyərək Novoqriqorovka, Novonikolaevka, Vişnevatoe, Volnoe, Listvyanka və Antonovkada nəzarəti ələ keçirib, LXR qüvvələri Rusiya qüvvələrinin atəş dəstəyi ilə Boquslavka-Telmahovka-Kalinovka xəttinə çatmağa çalışır».

Ovqat.com
xəbər verir ki, Rusiya Müdafiə Nazirliyi bu məlumatı yayıb.

Məlumata görə, Rusiya qüvvələri ötən sutka ərzində Priobrajenka, Komsomolskoye, Zaqornoye, Dorozhnyanka, Reşetilovskoye, Konstantinovka, Şevçenko, Çubarevka, Proletarskoye və Lyubimovka yaşayış məntəqələrini nəzarətə götürüb.
 
▪️ DXR qüvvələri Mariupol ətrafında çevikliyi gücləndirməkdə davam edir, Azov və Aydar silahlıları məktəblərdə, xəstəxanalarda, doğum evlərində və uşaq bağçalarında təchiz olunmuş mövqelərdən şəhərə daxil olan xalq milis hissələrini atəşə tuturlar.

▪️ Rusiya hərbçiləri Jitomirdəki hərbi hissədə "Javelin" və "NLAW" tank əleyhinə raket komplekslərinin saxlandığı silah-sursat anbarını bir gündə uzaqmənzilli dəqiq atış gücünə malik silahlarla vuraraq məhv edib.

▪️ Əməliyyat zamanı ümumilikdə Ukraynanın 2037 hərbi infrastruktur obyekti, o cümlədən 71 komanda məntəqəsi və rabitə mərkəzi, 98 S-300, Buk M-1 və Osa hava hücumundan müdafiə sistemi, 61 RLS vurulub.

▪️ 66 yerdə və 16 havada təyyarə, 708 tank və digər döyüş zirehli texnikası, 74 reaktiv yaylım atəşi sistemi, 261 səhra artilleriya və minaatan, 56 pilotsuz uçuş aparatı məhv edilib.




Ana səhifəyə qayıt        Baxış: 3 908          Tarix: 5-03-2022, 11:09      

Xəbəri paylaş


Paylaş:   

Prizma