Xəbər lenti
Bu gün, 19:25


 

"İranda çoxlu imkanlar var və aramızdakı xoş niyyət davam etdikcə biz ona çoxlu imkanlar təqdim edə bilərik".

 

Ovqat.com-un məlumatına görə, Səudiyyə Ərəbistanının  maliyyə naziri Məhəmməd Əl-Cədan ötən gün ər-Riyadda keçirilən Maliyyə Sektoru Konfransında çıxış edərkən deyib.

 

Maliyyə naziri bildirib ki, hər iki tərəf suverenlik və bir-birinin daxili işinə müdaxilə etməmək mövzusunda razılaşmalara sadiq qaldığı müddətcə ölkələr arasındakı münasibətlərin normallaşmaması üçün heç bir səbəb yoxdur.

 

Onun sözlərinə görə, Səudiyyə Ərəbistanı diplomatik münasibətlərin bərpasından sonra İranla iqtisadi əməkdaşlığa da hazırdır. Konfransda əl-Cədandan Səudiyyə Ərəbistanının İrana nə vaxt “əhəmiyyətli” investisiyalar qoymağa başlaya biləcəyi soruşulub. "Tez bir zamanda " deyə o, cavab verib və daha sonra əlavə edib: "Məqsədimiz sabit, xalqını təmin edə bilən və çiçəklənən bir bölgəyə sahib olmaqdır və bunun baş verməməsi üçün heç bir səbəb yoxdur, İran bizim qonşumuzdur. Yüz illərdir belə olub və belə olaraq qalacaq”.

 

Qeyd edək ki, Çinin vasitəçiliyi ilə Səudiyyə Ərəbistanı və İran ötən cümə günü diplomatik əlaqələri bərpa etmək, iki ay ərzində öz səfirliklərini yenidən açmaq barədə razılaşmışdılar. Bu razılıqdan sonra ər-Riyadın İrana geniş miqyaslı investisiyalar qoymaq istəməsi krallığın nüvə gücünə çevrilmək ərəfəsində olan şərq qonşusunu ram etmək niyyətindən qaynaqlana bilər.

 




Ana səhifəyə qayıt        Baxış: 5 640          Tarix: 16-03-2023, 15:26      

Xəbəri paylaş


Paylaş:   

Prizma