Bu rəzilliyin ortaya çıxmasından sonra kitabın müəllifi və eyni zamanda Təhsil Nazirliyi açıqlama yayaraq bunu sadəcə xırda texniki səhv adlandırıblar.
Məsələ iki gündür ölkə gündəmini zəbt edib və ictimaiyyətdə qınaq obyektinə çevrilib.
"Ölkə.Az" xəbər verir ki, tanınmış siyasətçi Qubad İbadoğlu da öz növbəsində faktı kəskin tənqid edib. O, aidiyyatı qurumlara da çağırış edib:
"Pul gözlərini elə tutub ki, rus bölməsində tədris olunan 10-cu sinif üçün tarix kitabında dərc edilmiş xəritədə "böyük ermənistan"ı da görə bilməyiblər. İnanmıram o texniki səhv ola, çünki, dərsliyin müəllifləri ilə yanaşı redaktorları olur, eyni zamanda da hər bir dərslik nəşrə getməmişdən əvvəl ona xüsusi komissiya baxır və rəy verir. Komissiya isə 1 yox, bir neçə nəfər üzvdən ibarətdir. Bu faktı da nəzərə alaq ki, respublika üzrə tədrisi yalnız rus dilində olan 15 ümumtəhsil məktəbi fəaliyyət göstərir. Rus bölmələrində təhsil alan şagirdlərin ümumi sayı 80 min nəfərdən çoxdur. Orda tarix dərsini tədris edən 50-dək müəllim işləyir. Odur ki, hesab edirəm ki, bu fakt ciddi araşdırılmalı, onun məsuliyyətsizlikdən, yoxsa bilərəkdən olması müəyyənləşdirilərək, adekvat tədbirlər görülməlidir. Ona da diqqət etmək lazımdır ki, nədən "böyük ermənistan"ın xəritəsi coğrafiya deyil, tarix dərsliyində dərc olunub və bu artıq Azərbaycan tarixinin saxtalaşdırılması deməkdir".
Ölkə.Az