Xəbər lenti

  

Prezident Naxçıvan şəhərində xalça istehsalı emalatxanasının tikintisi, təchizatı və infrastrukturunun yaradılması ilə bağlı sərəncam imzalayıb.

Ovqat.com xəbər verir ki, sərəncamda məqsədlə 2 milyon manat ayrılıb.

Sənəddə deyilir:

"Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

 

  1. Naxçıvan şəhərində xalça istehsalı emalatxanasının tikintisi, avadanlıq və dəzgahlarla təchizatı və infrastrukturunun yaradılması məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 22 yanvar tarixli 3593 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.49.5-ci yarımbəndində göstərilmiş məbləğin 2,0 (iki) milyon manatı “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinə ayrılsın.

 

  1. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.

 

  1. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etsin.

 

İlham Əliyev

 

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 15 fevral 2018-ci il".

Qeyd edək ki, ölkədə xalçaçılığın inkişafı məqsədilə Nazirlər Kabinetinin 4 oktyabr 2016-cı il tarixli 375 saylı qərarına əsasən, "Azərxalça" Açıq Səhmdar Cəmiyyəti yaradılıb. İlkin mərhələdə "Azərxalça" ASC-nin Füzuli (Horadiz), Ağdam (Quzanlı), Tovuz, Ağstafa, Qazax, Şəmkir, Quba, İsmayıllı, Xaçmaz, Qəbələ kimi rayonlarda filiallarının yaradılması nəzərdə tutulub. Prezidentin son sərəncamı ASC-nin Naxçıvanda da filialının yaradılacağından xəbər verir.

Ovqat.com




Ana səhifəyə qayıt        Baxış: 718          Tarix: 15-02-2018, 19:31      

Xəbəri paylaş


Paylaş:   

Prizma