“ABŞ beynəlxalq beynəlxalq ictimaiyyət tərədindən təcrid edildi, biz isə bu fürsətdən istifadə edə bilmədik. Bunun əsas səbəbi İranda korrupsiya və saxtakarlığım ən yüksək səviyyəyə çıxmış olmasıdır”
Ovqat.com xəbər verir ki, bunu İran Prezidenti Həsən Ruhani parlamentdə çıxışında etiraf edib.
Ölkənin 2019-ci ilin büdcəsini Parlamentə təqdimi sırasında çıxış edərkən bu sözləri deyən Ruhani hazırlanan büdcə layihəsinin ABŞ sanksiyalarına qarşı İran iqtisadiyyatını "ayaqda saxlamağı" hədəflədiyini bildirib.
O, ABŞ-ın sanksiyalarına qarşı bank, vergi sistemi və iqtisadi infrastrukturu inkişaf etdirilməsilə yanaşı neft sənayesinin də gücləndirilməsinin vacibliyinə toxunub "İran iqtisadiyyatı əgər neftdən az asılı olsaydı, ABŞ-ın sanksiyalarının təsiri daha az olardı", - deyən Ruhani, avqust ayında korrupsiya və maliyyə cinayətlərlə mübarizə üçün xüsusi məhkəmə sistemi qurulduğunu vurğulayıb.
İranda 2019-cu ilin mart ayında dövlət məmurlarının maaşlarının 20 faiz artırıldığını bildirən Ruhani büdcənin 14 milyard riyalliq qisminin isə aşağı gəlirli təbəqələrin ərzaq və dərman kimi zəruri ehtiyaclarının ödənilməsinə yönələcəyini qeyd edib.
Paylaş: