
Avropa İttifaqı, 27 iyul Rusiyanın paytaxtı Moskvanın mərkəzində keçirilən razılaşdırılmamış aksiya zamanı etirazçılarının saxlanılmasını "söz və yığıncaq azadlığının pozuntusu" kimi dəyələndirdi.
"Report" Rusiya KİV-nə istinadən xəbər verir ki, bu haqda Avropa İttifaqının xarici siyasət xidmətinin nümayəndəsi Maya Kosyançiçin bəyanatında deyilir.
"Biz gözləyirik ki, Rusiya Federasiyasının hakimiyyəti qarşıdakı yerli seçkilərin (2019-cu ilin sentyabrında) keçirilməsi vaxtı ATƏT və başqa beynəlxalq qurumlar qarşısındakı öhdəliklərinə hörmətlə yanaşacaq", - bəyanatda deyilir.
Daha əvvəl RF Daxili İşlər Nazirliyində bildirdilər ki, hüquq-mühafizə orqanlarının əməkdaşları Moskvada icazəsiz aksiyada müxtəlif qanun pozuntularına görə 1000-dən çox insan saxladılar.
Həmçinin bildirildi ki, razılaşdırılmamış aksiyada 3,5 min insan iştirak edib, həmçinin təxminən 700 nəfər KİV-nin əməkdaşı və blogerlər.
Paylaş: