Xəbər lenti

 

Daxili İşlər Nazirliyi (DİN) kütləvi informasiya vasitələrində Dövlət yol polisi qurumunun ləğv ediləcəyi barədə yayılan məlumatlara münasibət bildirib.

DİN-in Mətbuat Xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov APA-nın sorğusuna cavabında yayılan məlumatların reallıqdan uzaq olduğunu bildirib: ““Polis haqqında” Azərbaycan Respublikasının Qanununda polisin təyinatı və əsas vəzifələrindən biri kimi yol hərəkəti qaydalarına və hərəkət təhlükəsizliyinə riayət olunmasına nəzarət etmək, eyni zamanda, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi üçün tədbirlər görmək qeyd olunur ki, bu vəzifəni də DİN-in Dövlət Yol polisi qurumu yerinə yetirir. Ona görə də belə mühüm bir qurumun ləğv edilməsi kimi bir məsələ gündəlikdə olmayıb və hazırda da yoxdur. Əksinə, yol polisinin fəaliyyətinin daha da təkmilləşdirilməsi, fəaliyyətinin effektliyinin artırılması, maddi-texniki bazasının günün tələbləri səviyyəsinə qaldırılması üçün Nazirlik tərəfindən zəruri tədbirlər davamlı olaraq həyata keçirilir”.

Qeyd edək ki, son gün günlər bəzi KİV-də DYP ləğv olunacağı barədə məlumatlar yayılıb.




Ana səhifəyə qayıt        Baxış: 151          Tarix: 16-08-2019, 16:40      


Paylaş:   

Xəbərə şərh yaz
Adınız:*
E-Mail:*
Şərhiniz:*
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent