Xəbər lenti

  

Kürd separatçılarına silah, maliyyə dəstəyi verən və onu Türkiyəyə qarşı mübarizəyə həvəsləndirən ABŞ sonradan separatçı qurumun arxasından çəkildi. BMT-də Rusiya ilə birgə Türkiyəni dəstəkləyən  ABŞ-ın  sonradan Türk ordusunun  çoxdan hazırlaşdığı “Barış pinarı” hərəkatına qarşı  sərt sanksiya layihəsi hazırladığı barədə məlumatlar yayıldı. Bu cür ikili mövqe sərgiləyən  Tramp nə etmək istəyir? ABŞ tərəfindən Türkiyəyə qarşı sanksiyalar tətbiq ediləcəkmi?

Politoloq Əhəd Məmmədlinin sözlənə görə,  BMT-də Türkiyəyə qarşı qərara veto qoyan ABŞ heç bir sanksiya tətbiq etməyəcək: “Doğrudur, təhdidlər davam edəcək, amma qərar verilməyəcək. ABŞ Prezidenti Donald Trampın Türkiyəyə qarşı hədə-qorxusu ciddi deyil. ABŞ-da prezidentlər  böyük məsələləri tək həll etmirlər.  ABŞ-ın Türkiyəyə qarşı əvvəlki  iqtisadi müharibəsi Vaşinqton üçün lazımi nəticələri vermədi. Buna görə də hesab edirəm ki, ABŞ yenidən Türkiyəyə qarşı genişmiqyaslı iqtisadi müharibəyə başlamayacaq. İndiki halda PKK-ya görə Türkiyə ilə iqtisadi müharibə belə ABŞ-ın maraqlarına cavab vermir".

Nazilə Nəriman

Ovqat.com




Ana səhifəyə qayıt        Baxış: 905          Tarix: 12-10-2019, 21:44      

Xəbəri paylaş


Paylaş:   

Prizma