Xəbər lenti

 

Bu günlərdə Bakı Slavyan Universitetinin (BSU) kollektivi xoş bir xəbər alıb. Belə ki, BSU-nun Beynəlxalq münasibətlər, regionşünaslıq və jurnalistika fakültəsinin tələbələri Rusiya Federasiyasının Azərbaycandakı Səfirliyinin təşəbbüsü ilə sovet və Rusiya dövlət xadimi Yevgeni Primakovun 90 illik yubileyi və onun XX-XXI əsrin qovuşuğunda beynəlxalq münasibətlərdə rolu ilə bağlı keçirilimiş esse müsabiqəsində qalib gələrək diplomla təltif ediliblər.

Bu münasibətlə Rusiya Federasiyasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Mixail Boçarnikov oktyabrın 15-də esse müsabiqəsinin qalibi olmuş tələbələri – Aygül Mirzoyeva, Ruzana Əliyeva, Sarana Bədəlova, Kəmalə Qasımova və Aliyə Mamalovanı qəbul edib. Görüşdə BSU-nun Elmi işlər üzrə prorektoru, professor Rafiq Novruzov, Beynəlxalq münasibətlər, regionşünaslıq və jurnalistika fakültəsinin dekanı, dosent Şirinbəy Əliyev də iştirak ediblər.

Qeyd edək ki, Aygül Mirzoyeva esse müsabiqəsində birinci yerə layiq görülüb.

Səmimi və mehriban şəraitdə keçən görüşdə səfir Mixail Boçarnikov  tələbə-gənclərə diplomları təqdim edib, onlara həyatda, təhsildə və sosial fəaliyyətlərində yeni-yeni uğurlar arzulayıb.




Ana səhifəyə qayıt        Baxış: 702          Tarix: 31-10-2019, 11:22      

Xəbəri paylaş


Paylaş:   

Prizma