Xəbər lenti

 

İranın yüksək vəzifəli nümayəndəsi ticarət gəmilərinin təhlükəsizliyini təmin etmək məqsədilə Yaponiyanın Yaxın Şərqə özünümüdafiə qüvvələrinə məxsus gəmi göndərmək planına etirazını bildirib.

Bunu Tokioda səfərdə olan İranın Xarici İşlər nazirinin müavini Abbas Araxçı NHK televiziyasına müsahibəsində deyib.

İran Prezidenti Həsən Ruhaninin xüsusi nümayəndəsi kimi hazırda Yaponiyada səfərdə olan A.Araxçı bildirib ki, Tehran Tokionun son qərarını gözləyir. İran hər hansı ölkənin hərbi qüvvələrinin regionda yerləşdirilməsinin burada sabitliyə, təhlükəsizliyə və sülhə yardım edəcəyinə inanmır.

Diplomat əlavə edib ki, o, Tehranın məsələ ilə bağlı mövqeyini Yaponiyanın Baş naziri Şinzo Abeyə çatdırıb.

Xatırladaq ki, Yaponiya hökuməti ABŞ-ın Hörmüz boğazında təhlükəsizliyin təmin olunması məqsədilə koalisiya yaratmaq təklifinə qoşulmasa da, öz gəmilərinin sərbəst hərəkətini təmin etmək üçün regiona hərbi gəmilərin göndəriləcəyini bəyan edib(azərtac).




Ana səhifəyə qayıt        Baxış: 535          Tarix: 4-12-2019, 13:48      

Xəbəri paylaş


Paylaş:   

Prizma