Prezidentin ictimai-siyasi məsələlər üzrə sabiq köməkçisi Əli Həsənov paytaxtın Yasamal rayonu, Mətbuat prospekti 529 ünvanında yerləşən Beynəlxalq Mətbuat Mərkəzinin (BMM) binasında özünə yeni qərargah seçib.
Bu barədə Demokrat.az-a BMM-in binasında çalışan jurnalistlər məlumat veriblər.
Məlumata görə, Əli Həsənov işdən çıxarılandan sonra həftənin iş günləri vaxtını daha çox bu binada keçirir. Hazırda onun "Kaspi" qəzetində gedən materiallara yaxından nəzarət etdiyi və müvafiq tapşırıqlar verdiyi deyilir.
Qeyd edək ki, Beynəlxalq Mətbuat Mərkəzinin binası Əli Həsənova məxsusdur. Hazırda bu binada Əli Həsənovun həyat yoldaşı Sona Vəliyevanın təsisçisi olduğu "Kaspi" qəzeti və rəhbərlik etdiyi "Kaspi" Mətbuat və Təhsil Mərkəzi, "Azadinform" informasiya agentliyi, "Araz FM" radiosu, həmçinin, “Araz” radiostansiyasının dalğasında (103.3 FM) yayımlanan “Sputnik Azərbaycan” radiosu, "Strategiya" jurnalı, Kütləvi informasiya vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu və digər təşkilatlar yerləşir.
Zaur Hacılı
Demokrat.az
Paylaş: