Ovqat.com-un məlumatına görə, Deputat Elman Nəsirov Sonxeber.az-ın suallarını cavablandırıb. Həmin müsahibəni təqdim edirik:
- Elman müəllim bilirsiniz ki, 2019-cu il islahatlar ili kimi yadda qaldı. İstərdik ki, 2019-cu ili qısaca şərh edəsiniz.
-2019-cu il Azərbaycan üçün çox uğurlu idi. Arxada qoyduğumuz 2019-cu il Azərbaycan tarixinə dərinləşən, sistemli islahatlar ili kimi düşdü. Əslində 2019-cu ildə həyata keçirilən dərinləşən islhatlar kursunun fəlsəfəsini Cənab Prezident İlham Əliyevin 2018-ci ilin aprelin 11-də keçirilən prezident seçkilərindən 1 həftə sonra Milli Məclisdə keçirilən andiçmə mərasimindəki nitqində açıqlamışdı. Həmin nitqində bildirmişdi ki, Azərbaycan bütün sferaları əhatə edəcək islhatlatların yeni mərhələsinə qədəm qoyacaq. Həqiqətən də siyasi, iqtisadi, sosial sahədə, kadr, struktruk islahatları keçirildi. Eyni zamanda bu islahatlar həm ölkə daxilində, həm də beynəlxalq aləmdə çox müsbət qarşılandı. Azərbaycan kökündən dəyişilərək yenilənir. Cənab Prezidentimiz 2019-cu ilin yekunlarına dair keçirdiyi müşavirədə də bu məsələlərə də xüsusi diqqət yetirdi. Qeyd edim ki, bu islahatlar özünü əsasən sosial sahədə göstədi. Əslində bu islahatlar sosial xarakterlidir. Cənab Prezidentimiz hər zaman qeyd edib ki, bizim islahatların kökündə Azərbaycan vətəndaşının sosial rifahının yaxşılaşdırılması və problemlərin həlli dayanır. 2020-ci ilin büdcəsinə baxsaq görərik ki, dövlət gəlirləri 21.4, xərclər isə 26. 9 milyard manatdır. Təxminən söhbət 30 milyard manatlıq büdcədən gedir. Belə bir büdcənin 39 faizə yaxını sosial yönümlüdür. İki istiqamətli sosial islahatlar paketi həyata keçirildi. Bu islahatlar hər bir azərbaycanlının ailəsinə təsirini gəstərdi. 4.2 milyon insan aparılan islahatları öz üzərində hiss etdi. Minumum əmək haqqı iki dəfə, pensiyalar 70 faizdən çox, müavinatlar 50 faizə qədər artmış oldu. Əlbəttə bütün bunlar cəmiyyətdə müsbət qarşılanıb. Cənab Prezidentimizin bu islahatlar kursu cəmiyyətdə böyül ruh yüksəkliyi yaratdı. İqtisadi islahatlar da öz müsbət nəticəsini göstərdi. Bizim ümümdaxil məhsulumuz 2.2 faiz artıb. Qeyri-neft sektorunun inkişafı bizim hədəfimizdir. Qeyri-neft sektoru 3.5, qeyri neft-sənayesi isə 14 faiz artıb. Artım kənd təsərrüfatında 7, bitkiçilikdə isə 10 faizi ötüb. Hesab edirəm ki, kənd təsərrüfatında artım onu göstərir ki, Azərbaycanda həqiqətən qeyri- neft sektoru inkişaf edir. İl ərzində cəmi 2.6 faiz inflyasiya qeydə alınıb. Əhalinin gəlirləri isə 7.4 faiz artıb. Rəqəmlərdən də bəlli olur ki, əhalinin gəlirləri inflyasiyadan daha çoxdur. Əsas hədəf də ixrac yönümlü iqtisadiyyatın formalaşmasıdır. İl ərzində qeyri-neft sektorundan əldə etdiyimiz gəlirlər 14 faiz artıb. Əlbəttə bu çox müsbət nəticələrdir.
"Mən bu "əyilə-əyilə" fikrini aprel döyüşlərindən sonra səsləndirmişəm"- Elman Nəsirovla SƏMİMİ SÖHBƏT-2020-ci ildən gözləntiləriniz nələrdir?
- Hesab edirəm ki, 2020-ci ildə cənab İlham Əliyevin başladığı dərinləşən islahatlar kursu daha da genişlənəcək. İqtisadi, sosial, siyasi, struktur, kadr sahələrində islahatların davam etməsi gözlənilir. Xüsusilə sosial yönümlü addımların atılması əsas hədəf ola bilər. Həssas katoqoriyadan olan insanlara qayğının artırılması gözləniləndir. 2019-cu ilin nəticələri bunu deməyə əsas verir. Bilirsiniz ki, 2019-cu ildə bu istiqamətdə ən mühüm addım şəhid ailələrinə birdəfəlik 11 min manat vəsaitin verilməsi ilə bağlı oldu. Artıq 2019-cu ildə 12 min şəhidin 18 min vərəsəsinə 11 min manat birdəfəlik vəsait ödənilib. Şəhid və müharibə əlillərinin ailəsinə 939 mənzil verilib. Eyni zamanda əlilliyi olan şəxslərə 600 avtomobil verilib. Ünvanlı sosial yardımın verilməsi istiqamətində də işlər uğurla davam etdirilir. 2019-ci ildə bu kataqoriyadan olan 72 min ailəyə yəni, 296 min nəfərə (hər ay 209 manat ) vəsait ödənilib. Düşünürəm ki, 2020-ci ildə də bu istiqamətdə atılan addımlar davam etdiriləcək. Bunun üçün mənbəmiz də var. Sosial struktur layihələrinin icrası əsas hədəflərdən olacaq. Ölkədə 60 xəstəxana və 84 məktəb tikilib, əsaslı təmir olunub. 2020-ci ildə bu işlər davam etdiriləcək. Ölkəmizdə qazlaşdırma 96 faizə çatıb. 1300 kilometr yol çəkilib. Bütün bunlar onu göstərir ki, 2020-ci ilə nikbin baxmağa dəyər. 2020-ci il bizim üçün uğurla başladı. Bərpaolunan enerji ilə bağlı Birləşmiş Ərəb Əmirliyinin 2 böyük şirkəti ilə müqavilə bağlanılıb.
"Mən bu "əyilə-əyilə" fikrini aprel döyüşlərindən sonra səsləndirmişəm"- Elman Nəsirovla SƏMİMİ SÖHBƏT- Cənab Prezident İlham Əliyev maaşların, pensiyaların və müavinatların artımı ilə bağlı mühüm əhəmiyyətli sərəncamlar imzalasa bəzi işbazlar bazarda qiymətləri süni şəkildə qaldırmağa başlayırlar. Bu da təbii ki, haqlı narazılığa səbəb olur. Cənab Prezidentimizin islahatlarına kölgə salmağa çalışan o insanlarla bağlı hansı tədbirlər görülməlidir?
- Cənab Prezidentimizin təşəbbüsü və siyasi iradəsi sayəsində həyata keçirilən dərinləşmiş islahatlar kursu cəmiyyətin bütün təbəqələrini əhatə edir. Verilən qərarlar həssas təbəqənin insanlarının yaşayışın yaxşılaşdırılmasına xidmət edir. Təəssüf ki, maaşlar, pensiyalar və müavinatlar artan zaman bəzi işbazlar bazarlarda süni şəkildə qiymətləri artırmağa çalışırlar. İstəyirlər ki, insanlardakı o vəsaiti qopartsınlar. Hətta bəzən olur ki, o möhtəkirlər kənd yerlərinə gedib insanlardan min bir əzabla istehsal etdiyi məhsulu çox ucuz qiymətə alırlar. Daha sonra həmin məhsulları şəhərdə çox baha qiymətə satırlar. Nəticədə də insanlarımızda süni şəkildə narazıçılq yaradırlar. Ona görə də bu istiqamətdə müvafiq qurumların üzərinə çox böyük məsuliyyət düşür. Cənab Prezidentimiz hər zaman ad günlərini Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva ilə birlikdə şəhid ailələri ilə birlikdə qeyd edir. Bu bir nümunədir ki, məmurlar da xalqla hər zaman bir yerdə olsun. Kimlərsə rüşvət, korrupsiya yolunu seçibsə onlar ilk öncə xalqın qəzəbinə düçar olurlar. Hesab edirəm ki, xalqın əziyyəti hesabına varlanmaq istəyən işbazlar bilməlidirlər ki, bu əməllərinin sonu yaxşı qurtarmayacaq.
"Mən bu "əyilə-əyilə" fikrini aprel döyüşlərindən sonra səsləndirmişəm"- Elman Nəsirovla SƏMİMİ SÖHBƏT- Ağstafa Rayon İcra Hakimiyyətinin sabiq başçısı Nizaməddin Quliyev rüşvət və korrupsiya ittihamı ilə DTX tərəfindən həbs edilib. Bu həbs insanları incidən vəzifəsindən sui-istifadə edən məmurlara dərs olacaqmı? Başqa hansı İcra başçılarının işdən çıxarılması gözlənilir?
- Ölkəmizdə Cənab Prezidentimizin apardığı dərinləşmiş islahatlar əsasən kadr və struktur sahələrini əhatə edir. Bu çox açıq və şəffaf şəkildə həyata keçirir. Bu barədə də mətbuatda geniş məlumatlar gedir. Cənab Prezident təyin etdiyi məmurlarla görüş keçirən zaman bildirir ki, dövlətin, xalqın malına xor baxanın yeri həbsxana olur. Hesab edirəm ki, kadr təyinatı zamanı vacib olan amillər həmin şəxsin bilikli, bacarıqlı, vətənpərvər, dövlətçilik ənənələrinə sadiq insan olmasıdır. 2017-ci ildə Mehriban xanım Əliyeva Birinci Vitse-Prezident seçilən zaman "Russia-24" kanalına müsahibə verdi. Müsahibə zamanı jurnalist sual verdi ki, məmur quru və yox deməyi bacarmaldır. Sizcə bu fikir doğrudurmu? O zaman Mehriban xanım Əliyeva bildirdi ki, bu yanaşma çox köhnədir. Artıq müasir dövrün reallığı var. Bu realıq da məmurun qarşısına yeni vəzifələr qoyur. Bu gün quru olub, yox deməyi bacarmaq məmuru xarakteriza edən xüsisiyyət deyil. Mehriban xanım Əliyeva məmuru xarakterizə edən zaman bildirdi ki, prinsipallıq, məsuliyyət, iradə mühüm xüsusiyyətdir. Həm də ona sual verildi ki, insanı xarakteriza edən mühüm cəhətlər hansılardır ki, məmurda olanda daha gözəl görünür. Mehriban xanım Əliyeva bildirdi ki, ləyaqət, intelekt, mehriban olmaq insanı xarakterizə edən mühüm cəhətlərdir. Düşünürəm ki, müasir insan və məmur belə olmalıdır.
-Gənclərin yüksək vəzifələrə gətirilməsi gələcəkdə bizə nələri qazandıracaq?
- Gəncləşmə nəsillərin bir-birini əvəz etməsi prosesidir. Yaşlı kadrları gənclər əvəz etməldir. Bu proses süni və kampaniya şəklində olmamalıdır. Bu məsələ ilə Cənab Prezident özünün mövqeyini çox sərt şəkildə ortaya qoyub. O, qeyd etdi ki, yaşlı kadrlara qarşı qeyri adekvat addımlar atılır. Onlara qarşı xoşa gəlməz hallar baş verir. Mən o zaman bunun qarşısını alıb bildirdim ki, bu belə olmamaldır. Dövlətimizə, xalqımıza bağlı savadlı, qabiliyyətli gənclərin önə çəkilməsi bizim əsas məqsədimizdir. Əlbəttə bu proses vəhdət şəkildə aparılmalıdır.
-2020-ci ildə Qarabağ münaqişəsinin həlli istiqamətində mühüm irələyiş ola bilərmi?
-2019-cu il bizim üçün uğurlu olsa da biz Dağlıq Qarabağ məsələsi barəsində nikbin fikir söyləmək mümkün deyil. Bu problem 2019-cu ildə də həll edilmədi. Buna baxmayaraq bu məsələdə bizim ilk öncə siyasi üstünlüyümüz əldə edilib. Ermənistanın yeni rəhbərliyinin ciddi səylərinə baxmayaraq heç bir dövlət və beynəlxalq təşkilat "qondarma" Dağlıq Qarabağ rejimi tanımayıb. Bundan əlavə ermənilər qondarma referendum keçirmək istədilər. Heç bir beynəlxalq təşkilat və dövlətlər bu seçkini tanımadı. Həmçinin Azərbaycanın hərbi gücü Ermənistanda qatbaqat çoxdur. Aprel döyüşlərində Azərbaycan tarixi qələbə qazandı. Eyni zamanda 2018-ci ildə Naxçıvan əməliyyatı keçirildi. Bu zaman ordumuz 10 min hektardan çox ərazini və mühüm yüksəklikləri ələ keçirdi. Bu strateji yüksəkliklər bizim hərbi üstünlüyümüzü daha da artırdı.
"Mən bu "əyilə-əyilə" fikrini aprel döyüşlərindən sonra səsləndirmişəm"- Elman Nəsirovla SƏMİMİ SÖHBƏTErmənistan rəhbərli çox ziddiyətli, bir-birini təkzib edən açıqlamalar verir. Təbii ki, bu açıqlamalar da danışıqlar prosesini çətinləşdirir. Belə olan halda da Azərbaycan Respublikası işğalçı dövlətə qarşı iqtisadi, siyasi, nəqiyyat, investisiya blokada siyasətini həyata keçirir. Nə qədər ki, Ermənistan bu işğalçı siyasətindən əl çəkməyib bu siyasət davam etdiriləcək. Belə olan halda isə Ermənsitan günü-gündən zəifləyəcək.
-Elman müəllim, mətbuata açıq olsanız da ən çox qərəzli tənqid olunan deputatlarımızdansınız. Bəzən hətta təhqirlərə də məruz qalırsınız. Bu yaxınlar da sizin dediyiniz iddia olunan "Qasım Süleymani əyilə-əyilə gəzsəydi ABŞ onu vurmazdı" cümləsi bütün sosial şəbəkələrdə müzakirə olunmaqdadır. Həqiqətən siz belə bir fikir söyləmişdinizmi?
- Görünür ki, mən fəal deputatam. Yeni Azərbaycan Partiyasının təmsilçisi olaraq parlamentdə və bütövlükdə ölkəmizin ictimai-siyasi həyatında fəallıq nümayiş etdirirəm. Məni təhqir edən müxlalifət liderləri ilə açıq debatlara çıxıram. Debatlarda dövlətimizin siyasətini və əldə etdiyi uğurları faktlarla əsaslandırılmış şəkildə söyləyirəm. Belə olan halda da bu onların xoşuna gəlmir. Ona görə də Yeni Azərbaycan Partiyasının fəal deputatını "susdurun" əmrini alırlar. Belə olan halda da mənə qarşı ittihamlar irəli sürürlər. Bunun üçün də ənənəvi yollardan istifadə edirlər. Bir çox deputatlarımızı şərləyirlər ki, guya fılan obyektləri, vilaları, şadlıq sarayları var. Mənə qarşı bu cür şeylər söyləyə bilmədiklərinə görə müsahibələrimi, açıqlamalarımı təhrif edib yaymağa başlayırlar. Ən çoxda əyilə-əyilə ifadəsini ələ salırlar. Guya mən demişəm ki, iran generalı Qasım Süleymani əyilə-əyilə getsəydi ABŞ onu vurmazdı. Bunu tirajlayan saytın baş redaktoru ilə əlaqə saxlamağa çalışsam da, mənə cavab verən olmadı. Mənim onlara yazığım gəldiyinə görə məhkəməyə müraciət etmirəm. Onlar bədbəxt insanlardır. Onlar bizim uğurlarımızı qəbul etməyən beynəlxaq ermənipərəst dairələrin əlində alətdir. Çünki erməni mətbuatı ilə birlikdə onlar da məni tənqid və təhqir edir. Əgər mən haqlı olaraq məhkəməyə müraciət etsəm və onlar mənbə olmadan şər atdıqlarına görə müvafiq cinayət məsuliyyətinə cəlb olunsalar deyəcəklər ki, Azərbaycanda jurnalist tutuldu. Azərbaycanda siyasi məhbus bu cür süni şəkildə formalaşır. Heç kim deməyəcək ki, millət vəkilinə şər atdığına görə cinayət məsuliyyətinə cəlb olunub. Sizin vasitənizlə oxuculara və sosial şəbəkə istifadəçilərinə bildirmək istəyirəm ki, bəzi şəxslər jurnalist adı altında bu cür qanun pozuntularına əl atırlar. Mən bu cümləni yayan mətbuat orqanın baş redaktoruna 2 fərqli nömrə ilə zəng etsəm də telefonuma cavab vermədi. O, bilir ki, günahkardır. Özləri zaman-zaman deyirlər ki, fılan deputat, məmur zəngimizə cavab vermir.
Mən bu "əyilə-əyilə" fikrini aprel döyüşlərindən sonra səsləndirmişəm. Aprel döyüşü zamanı erməni ordusuna çox böyük zərbə endirildi. Nə qədər erməni generalı vəzifədən qovuldu və həbs edildi. Hətta hakimiyyətin dəyişilməsinin kökündə Aprel Döyüşləri dayanır. Azərbaycan Müdafiə Nazirliyinin yaydığı bir video vardı. Orada erməni əsgəri küncə sıxılıb, ayağa qalxa bilmir. Erməni generalı ona dur əmrini versə də əsgər qalxmır. Daha da büzüşür. Araşdıran zamanı bəlli olur ki, o yaralı deyil, heç bir xəsarət almayıb. Belə olanda da o yüksək rütbəli zabiti görəndə ayağa durmalıdır. Sonra məlum olur ki, o əsgər psxoloji travma alıb. Psixoloji cəhətdən gözünün odu alınır. O, elə bilir ki, ayağa qalxsa Azərbaycan əsgəri onu məhv edəcək. Əsgəri səngərdən açıq havaya çıxaran zaman da o əyilə-əyilə gəzirdi. Hətta digər əsgərlər də ona gülürdülər. Buna əsaslanaraq mən bildirdim ki, səngərdə "əyilə-əyilə" gəzən erməni əsgəri heç bir zaman dik gəzməməli, günəşə çıxmamalıdır. Erməni əsgəri hər zaman "əyilə-əyilə" gəzməlidir. Biz müharibə rejimində yaşayırıq. Qoy Azərbaycan ordusu bilsin ki, onun qarşısındakı erməni əsgəri o qədər qorxur ki, səngərdən çıxanda belə "əyilə-əyilə" gəzir. Mənim bu fikirlərimə birinci Ermənistan mətbuatı reaksiya verdi. Mənə qarşı kampaniyaya başladılar.Təəssüf ki, bu kampaniyanı tək ermənilər deyil, özümüzünkilər də aparmaqdadır. Mənə görə o insanlar ermənilərdən daha çox erməni olmaq istəyən şəxslərdir. Mən bu fikirlərimlə əsgərlərimizə dəstək verib, onları döyüşə həvəsləndirəm.
Paylaş: