Bu gün Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) xüsusi əməliyyat keçirərək, Neftçala rayonunun icra başçısı İsmayıl Vəliyevi saxlaması barədə informasiya yayılıb.
Ovqat.com Sfera.az-a istinadən gündəm mövzusu olan icra başçısı və övladları ilə bağlı bəzi maraqlı məlumatları təqdim edir.
İcra başçısının böyük oğlu İsmət Vəliyev Türkiyədə biznes fəaliyyəti ilə məşğuldur. İstanbulda yaşayan iş adamı – İsmət Vəliyevin geniş imkanlara malik olduğu bildirilir.
İcra başçısının digər oğlu Məhərrəm Vəliyev isə Azərbaycanda yaşayır və Fövqəladə Hallar Nazirliyində yüksək vəzifə tutur.
Xatırladaq ki, Neftçalanın icra başçısı İsmayıl Məhərrəm oğlu Vəliyev 31 oktyabr 1959-cu ildə Gəncə şəhərində anadan olub. 1981-ci ildə Bakı Dövlət Universitetini bitirib, əmək fəaliyyətinə 1981-ci ildə Əli Bayramlı (indiki Şirvan şəhəri - E.H.) şəhər Xalq Deputatları Sovetinin İcraiyyə Komitəsində ümumi şöbənin müdiri kimi başlayıb.
29 may 1996-cı ildən 21 may 1998-ci ilədək Sumqayıt Gömrükxanasının rəisi ,21 may 1998-ci ildən 21 yanvar 1999-cu ilədək Gömrük Komitəsi sədrinin müşaviri, 21 yanvar 1999-cu ildən 3 yanvar 2001-ci ilədək Dövlət Analitik Şöbənin rəisi, 3 yanvar 2001-ci ildən 31 may 2005-ci ilədək Gömrük Nəzarətinin Təşkili İdarəsinin rəis müavini vəzifələrində işləyib.
2005-ci ildən Qobustan RİH-in başçısı olub. 26 aprel 2011-ci ildən etibarən isə Neftçala rayonuna rəhbər təyin edilib.
Paylaş: