[quote][/quote]
Yazının adını görən oxuyucu yazarın evlilik barədə mənfi düşüncələr ötürəcəyini zənn edir.Lakin heç də belə deyil.Xoşbəxtlik sevginin daxilində öz tərənnümünü tapanda bəzi anlarda insan reallıq hissindən uzaqlaşa bilir.Bəs niyə evliliyi qumar adlandırdım? Dediyim kimi reallıqdan uzaq düşəndə tanış olmadığı situasiya ilə qarşıla bilər.Nə qədər də bir sonraki addımızı hesablasaqda bu həmişə uğurlu alınmır .Buna görə də bəzən qadınlarımız evləndikdən sonra xoşbəxt olacaqlarını zənn edirlər.Amma evləndikdən sonra daim xoşbəxt olacaqsınız deyə bir qanun da yoxdur.
Öz ayaqları üzərində dura bilməyən qadın həyat yoldaşından maddi olaraq asılı olacaq.Bunun nəticəsində bəzən ikili münasibətlərdə tarazlıq pozulacaq.Kişilər həyat yoldaşlarını özlərindən zəif görməyə başlayacaqlar.İkinci məsələyə gələk.Məsələn qadın evləndikdən sonra münasibət alınmır və qadın bu evlilikdən imtina etmək istəyir.Lakin ali təhsili olmayan bir qadının özü üçün heçkimdən asılı olmayaraq həyat qurması çətindir.Və sözsüzki o boşandığı üçün bəzi nüanslarda cəmiyyət tərəfindən qınanıla bilər.
Məhz buna görə də yalnız qızlarınıza cehiz hazırlamaqla onlara ailə münasibətləri alınmayanda birtəhər dözməyi öyrətməklə məşğul olmayın.Onlara öz ayaqları üzərində dayanmağı öyrədin.Azad cəmiyyətin həyat yoldaşından asılı olmayan qadını cəmiyyət üçün intellektual sağlam bir övlad yetişdirəcək.Özü daim asılı olan qadın cəmiyyət üçün azad gənc yetişdirə bilməz.Başqa bir mövzü isə qızlarımızın bu mövzüda yetəri qədər məlumatlanmasıdı kor koranə addımlar atmamaq gələcəyi düşünmək bu movzuda həll edici rol oynayır.
Düşünə bilərsiniz ki nəyimizə lazım? Amma tənqdi etmədikləriniz bir gün sizə ziyan yetirəcəkdir.
Yaxın gələcəkdə sizin övladlarınız vaxtında maarifləndirmədiyiniz və qınadığınız qadınların övladları ilə birgə mühitdə formalaşacaq və yaşayacaq.Bu rəsmi görmək istəmirsinizsə rəssama daha gözəl rəsmlər yaratması üçün kömək olun.Cəmiyyətimizin rəssamı isə qadınlardır.
Müəllif:Məhəmmədəli Abaszadə
Paylaş: