Xəbər lenti
Dünən, 23:28
Dünən, 21:37
Dünən, 20:17
Dünən, 18:04
Dünən, 16:04
Dünən, 14:59
Dünən, 12:08
Dünən, 11:48
Dünən, 09:25
22-11-2025, 23:07
22-11-2025, 21:17
22-11-2025, 20:53
22-11-2025, 19:18
22-11-2025, 17:17
22-11-2025, 14:30
22-11-2025, 13:39
22-11-2025, 11:06
22-11-2025, 11:01
22-11-2025, 10:58
22-11-2025, 09:27
21-11-2025, 23:56
21-11-2025, 23:00

Ermənistanın Baş Naziri Nikol Paşinyanın babası, Böyük Vətən Müharibəsi iştirakçısı Nikol Paşinyanın faşistlərə xidmət etməsi ilə bağlı məlumatlar üzə çıxıb.
Trend Ermənistan KİV-inə istinadən xəbər ki, bu, hökumət başçısının sosial şəbəkə hesabında etdiyi paylaşımdan sonra bəlli olub. Belə ki, babasının fotosunu paylaşan N.Paşinyan belə yazıb:
"Nikol Paşinyan, 1913-1943. 138-ci atıcı diviziyanın 554-cü atıcı alayında xidmət edib".
Böyük Vətən müharibəsi zamanı həyatını itirən, itkin düşənlər haqda "obd-memorial.ru" saytında axtarış edən "iravunk.com" saytı aşağıdakı məlumatları əldə edib:
Doğum tarixi: 23.12.1913
Doğum yeri: Ermənistan SSR, Yenokavan
Taleyi: düşmənlə əməkdaşlıq edib, həlak olub.
Vəfat tarixi: 29.09.1943

Baş Nazirin Nikol Paşinyan haqqında təqdim etdiyi məlumatlar və axtarış saytının məlumatları üst-üstə düşür. Saytda qeyd edilir ki, Nikolay Vartanoviç Paşinyan Ermənistan SSR-də, Yenokavan kəndində 1913-cü ildə anadan olub və 1943-cü ildə vəfat edib.
"Obd-memorial.ru"nun məlumatlarına əsasən məlumdur ki, o, nasist hakimiyyəti ilə əməkdaşlıq edib.
Sayt, həmçinin alman qeydiyyat sənədini dərc edib.
Məlumatda qeyd olunur ki, o kənddə yeganə Nikol Paşinyandır.
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Video
Ən çox oxunanlar




























