Xəbər lenti


Baş prokurorluqda kadr dəyişikliyi olub.

Oxu.Az-ın məlumatına görə, Baş prokuror Kamran Əliyevin imzaladığı müvafiq əmrlərlə Anar Cəfərov Ağstafa rayon prokuroru, Vasif Süleymanov Ağdam rayon prokuroru, Vahid Məmmədov Cəlilabad rayon prokuroru, İlkin Mustafayev Laçın rayonunun prokuroru vəzifələrinə təyin ediliblər.

K.Əliyevin əmri ilə İsmayıl Qayıbov Baş Prokurorluğun Xüsusi müsadirə məsələlərinin əlaqələndirilməsi idarəsinin rəis müavini, Qabil Qasımov isə Baş Prokurorluğun Prokurorluqda İstintaqa Nəzarət İdarəsinin rəis müavini vəzifələrinə təyin ediliblər.

Bundan başqa, Baş prokurorun imzaladığı əmrlərlə Rəşad Bəşirova Qax, Adil Vəliyevə Saatlı, Rasim Musayevə Zaqatala, Əli Əliyevə Astara, Nəsif Nəcəfova isə Neftçala rayonunun prokuroru vəzifələrinin icrası həvalə edilib.



Ana səhifəyə qayıt        Baxış: 2 716          Tarix: 25-06-2020, 17:04      

Xəbəri paylaş


Paylaş:   

Prizma