Xəbər lenti


Qəbələ rayonunun Tikanlı kəndi yaxınlığında “Şahdağ” Milli Parkın ərazisində 4 ha sahədə kol-kos, quru ot və ağac qırıntıları yanıb. 
Fövqəladə Hallar Nazirliyindən Oxu.Az-a verilən məlumata görə, yanğın saat 19:00 dəqiqədə nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri, Aviasiya dəstəsinin iki ədəd helikopteri, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşə təsərrüfatı idarəsinin əməkdaşları tərəfindən söndürülüb.

Yaxınlıqdakı meşə zolağı yanğından mühafizə olunub.

Qəbələ rayonunun Tikanlı kəndi yaxınlığında çətin keçilən dağlıq ərazidə yanğın baş verib.

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri, Aviasiya dəstəsinin iki ədəd helikopteri, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşə təsərrüfatı idarəsinin əməkdaşları yanğınsöndürmə işlərinə cəlb edilib.
Hazırda yanğının söndürülməsi üçün təcili və təxirəsalınmaz tədbirlər həyata keçirilir.



Ana səhifəyə qayıt        Baxış: 3 185          Tarix: 8-07-2020, 23:06      

Xəbəri paylaş


Paylaş:   

Prizma