Xəbər lenti


Azərbaycanın Əfqanstanda sülhməramlı qüvvələr tərkibində xidmət aparan bir hərbçisinin koronavirusa yoluxması qeydə alınıb.

Trend-in məlumatına görə, bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Operativ Qərərgahın brifinqində deyib.

H.Hacıyev bildirib ki, həmin hərbçi nəzarətə götürülüb və digər hərbçilər xidmətlərini davam etdirir.

PA rəsmisi həmçinin Azərbaycanın xarici ölkələrdəki diplomatik korpuslarında da yoluxmanın qeydə alındığı müşahidıə edilib.

Onun sözlərinə görə, Azərbaycanın Meksika və Moldovada olan səfirliklərin əməkdaşları arasında yoluxma halları var. H.Hacıyev bildirib ki, buna baxmayaraq səfirlikər öz fəaliyyətlərini davam etdirir.



Ana səhifəyə qayıt        Baxış: 3 760          Tarix: 10-07-2020, 17:54      

Xəbəri paylaş


Paylaş:   

Prizma