Xəbər lenti


Yeni Azərbaycan Partiyası (YAP) İcra katibinin müavini Siyavuş Novruzov partiyanın Sədri İlham Əliyevə müraciət edərək onu partiyada tutduğu vəzifədən azad etmək barədə xahiş edib.

Musavat.com bu barədə YAP-ın Mətbuat xidmətinə istinadən məlumat verir.

Xatırladaq ki, S.Novruzov avqustun 18-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti Ramiz Mehdiyevin kürəkəni, sabiq millət vəkili İlham Əliyevin qızının karantin qaydalarının pozularaq təşkil olunduğu toy mərasimində iştirak edib.

Nəticədə S.Novruzov xüsusi karantin qaydalarını pozduğuna görə 400 manat məbləğində cərimə olunub, həmçinin YAP tərəfindən töhmət elan edilib.



Ana səhifəyə qayıt        Baxış: 3 611          Tarix: 24-08-2020, 12:07      

Xəbəri paylaş


Paylaş:   

Prizma