Xəbər lenti


Ermənistan hərbi-siyasi rəhbərliyi Azərbaycana qarşı cinayət törətməkdə davam edir. Bu gün Ermənistan yenə Azərbaycanın mülki obyektlərini ağır artilleriyadan, raketlərdən atəşə tutub.
 
Modern.az-ın məlumatına görə, bunu Prezidentin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.
 
H.Hacıyev qeyd edib ki, mülki insanlar arasında yaralananlar və həlak olanlar var. O vurğulayıb ki, Ermənistan tərəfindən mülki əhalinin və obyektlərinin hədəfə alınması məqsədyönlü şəkildə həyata keçirilir. 


H.Hacıyev Gəncə şəhərinin raketlərlə atəşə tutulmasından da danışıb. Ermənistan terrorçu dövlət adlandıran Prezidentin köməkçisi deyib ki, Azərbaycan bu hücumların heç birini cavabsız qoymur.


“Hazırda bu atəşin qondarma Dağlıq Qarabağ Respublikasının rəhbəri Araik Arutunyanın əmri ilə işğal olunmuş ərazilərdən endirildiyi bildirilir. Mən burdan Araik Arutunyanaya müraciət etmək istəyirəm. Ariavk Artunyan, sən bunkerdə gizlənmişdin, Azərbaycan ordusu səni orada da tapdı. Ordumuzun dəqiq zərbəsi nəticəsində Araik Arutunyan ağır yaralanıb. Digər separatçıları da eyni aqibət gözləyir”. 


H.Hacıyev deyib ki, Araik Arutunyanın ön xətdə guya vuruşduğu barədə xəbər yalandır və mülki ermənilərin aldadılmasına xidmət edir.



Ana səhifəyə qayıt        Baxış: 3 572          Tarix: 4-10-2020, 15:15      

Xəbəri paylaş


Paylaş:   

Prizma