Xəbər lenti
Dünən, 18:46
Dünən, 11:23
Dünən, 10:54
21-11-2024, 23:44
21-11-2024, 22:59
21-11-2024, 21:44
21-11-2024, 20:54
21-11-2024, 19:23
21-11-2024, 18:30
21-11-2024, 17:45
21-11-2024, 16:14
21-11-2024, 14:30
21-11-2024, 14:00
21-11-2024, 11:47
Rusiya Təhlükəsizlik Şurası sədrinin müavini Dmitri Medvedev Co Baydenin prezidentliyi dövründə ABŞ-ın anti-Rusiya siyasətinə davam edəcəyini proqnozlaşdırır.
Bu barədə Medvedev TASS-a müsahibəsində deyib.
Onun sözlərinə görə, son illərdə Ağ Evin rəhbərinin kimliyindən asılı olmayaraq, Moskva ilə Vaşinqton arasındakı münasibətlərin trayektoriyası daralmağa doğru gedir:
“Daim Rusiya ilə münasibət qurmaq arzusundan danışan Donald Trampın prezidentliyi dövründə də Moskva ilə Vaşinqton arasında sistemli qarşıdurma daha da gücləndi”.
“Bayden hələ Rusiya ilə bağlı müsbət heç nə deməyib. Əksinə, onun ritorikası həmişə açıq şəkildə dost olmayan, sərt, hətta aqressiv olub”, - deyə o qeyd edib.
Medvedev bildirib ki, önümüzdəki illərdə münasibətlərin son dərəcə soyuq qalacağı ehtimal olunur:
“İndi isə sərt anti-Rusiya siyasətinin davamından başqa bir şey gözləmirik”.
Eyni zamanda, Medvedev Moskvanın istənilən ABŞ prezidenti ilə işləməyə hazır olduğunu vurğulayıb və Bayden administrasiyasının heç olmasa silahlara nəzarət məsələsində Rusiya ilə dialoqa davam edəcəyinə ümidli olduğunu bildirib.
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar