Xəbər lenti

  evisa.gov.az portalında yerləşdirilmiş məlumatda 30 avqust 2017-ci ildən etibarən təcili e-viza müraciət funksiyası istifadəyə verilmişdir. Həmçinin portalda təcili e-viza müraciətlərinə bayram və qeyri-iş günlərindən asılı olmayaraq 3 saat ərzində baxılacağı qeyd olunmuşdur. Təcili e-viza üçün dövlət rüsumu 70 ABŞ dolları müəyyən edilmişdir. Lakin Dövlət Rüsumu Haqqında Azərbaycan Respublikasının Qanununa əsasən tranzit vizalarının və birdəfəlik giriş vizalarının rəsmiləşdirilməsi üçün dövlət rüsumu 20 ABŞ dolları nəzərdə tutulur.

 

Qeyd edək ki, Prezident İlham Əliyev iyunun 21-də “ASAN Viza” sisteminin inkişafı və təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər və Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 20 oktyabr tarixli 1082 nömrəli fərmanı ilə təsdiq edilmiş “ASAN Viza” sistemi haqqında Əsasnamə”də dəyişikliklər edilməsi haqqında fərman imzalayıb.

   Fərmanda Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinə “ASAN Viza” sisteminin idarə edilməsi, inkişafı və təkmilləşdirilməsinin özünümaliyyələşdirmə mexanizmi çərçivəsində həyata keçirilməsi məqsədilə həmin sistemin dövlət-özəl tərəfdaşlığı (Public-Private Partnership) prinsipi əsasında fəaliyyətini təmin etmək tapşırılıb. Dəyişikliyə əsasən, əcnəbi və ya vətəndaşlığı olmayan şəxs Azərbaycan Respublikasına səfər etmək üçün elektron vizanın sürətləndirilmiş qaydada alınması ilə bağlı müraciət etdikdə belə müraciətlərə “ASAN Viza” sistemi vasitəsilə 3 saat ərzində baxılması təmin olunacaq.

  

   Fərmanda həmçinin Azərbaycan Respublikası vətəndaşlarının xarici ölkələrə getməsi üçün zəruri vizaların “ASAN Viza” sistemi (“ASAN Viza 2.0”) vasitəsilə alınmasını təmin etmək üçün təkliflər vermək, “ASAN Viza” sistemində bu fərmanda nəzərdə tutulan dəyişikliklərin aparılmasını təmin etmək tapşırılıb.




Ana səhifəyə qayıt        Baxış: 806          Tarix: 30-08-2017, 13:51      

Xəbəri paylaş


Paylaş:   

Prizma