İran və Azərbaycan Respublikasının fərqli nəsillərə aid sənətçilər Tehranda iki ölkənin ilk ortaq pop konsertini keçirəcək.
Ovqat.com xəbər verir ki, bu barədə məlumatı İranın Mehrnews İnformasiya Agentliyi yayıb.
Məlumata götə, İranlı pop müğənni və musiqiçi Haşim İslamiyan (Ayhan), Azərbaycan Respublikası sənətçiləriylə yaxında təşkil olunacaq konsertə bağlı bildirib:
"Planlara görə, məni müşayiət edən Azərbaycanlı sənətçilər Baloğlan Əşrəfov, Elçin Hüseynov və Namik Qaraçuxurlu ilə İran və Azərbaycanın ilk ortaq pop konserti, Daxili İşlər Nazirliyinın konsert salonunda keçiriləcək. Konsertdə ayrıca Reyhan musiqi qrupu da Höccət Məbzulun rəhbərliyi ilə Azərbaycan musiqisinin pərəstişkarlarını coşduracaq”.
İslamiyan sözlərinə görə, konsertin digər əhəmiyyətli xüsusiyyəti musiqi dünyasının müxtəlif kateqoriyalarında fəaliyyət göstərən 4 fərqli nəslə aid adların ilk dəfə ortaq bir performansda musiqisevərlərin qarşısına keçməsidir:
"Hər zaman tamaşaçıların sıx istəyiylə uğurlanan Azərbaycan folklor musiqisinin önə çıxan parçalarıyla birlikdə bu konsertdə yeni və daha əvvəl kimsənin eşitmədiyi parçaların ifası da nəzərdə tutulur. Ümid edirəm ki, musiqisevərlərimiz konserti bəyənəcəklər”.
Paylaş: