Azərbaycan televiziya izləyicilərinin də yaxından tanıdığı Türk aktyoru Məhmət Əli Ərbilin şorgözlüyü başına bəla olub. Onun “Türk Malı” filminin çəkilişi sırasında işdən qovulduğu iddia edilir.
Ovqat.com-un Türk mətbuatına istinadən verdiyi məlumata görə, Ərbilin kovulma səbəbi çəkilişlər zamanı assistent qıza davamlı “him-cim” mesajları atması olub. Ancaq qızdan bu him-cimlərə müsbət reaksiya almayınca, aktyor filmi çəkən rejissorlara şikayətdə bulunub və “o qızı işdən atın!” tələbini irəli sürüb. Di gəl ki, Ərbilin şorgözlüyü öz başında çatlayıb.
Rejissorlar bunu edə bilməyəcəklərini deyincə, aktyorun israrlı tələbləriylə üzləşiblər. Nəhayət, “Süreç Film” əməkdaşları vəziyyəti “Star TV” rəhbərliyinə çatdırıblar. Ordan da razılıq alındıqdan sonra Ərbil film çəkilişindən qovulub. Onun yerinə isə Həmdi Alqan adlı aktyorun gətirildiyi bildirilir.
Ərbilin Star Tv-də yayımlanan “Çarkıfelek” proqramının da yayımdan qaldırılacağı iddia edilir.
Paylaş: