Xəbər lenti

Hikmət Hacıyev: “İŞİD-dən xilas edilən azərbaycanlıların sayı dəqiqləşdirilir”
“İraqda İŞİD-dən azad edilmiş ərazilərdə qalan azərbaycanlıların ölkəyə gətirilməsi ilə bağlı iş aparılır”.

Bu barədə Publika.az-a açıqlamasında Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev deyib.

H.Hacıyev bildirib ki, hazırda İŞİD-dən azad edilmiş ərazilərdə qalan azərbaycanlıların sayının dəqiqləşdirilməsi istiqamətində İraq tərəfi ilə iş aparılır.

“Çox təəssüf ki, bəzi vətəndaşlarımız İraqda və Suriyada gedən hərbi əməliyyatlara qoşularaq, öz övladlarının da həyatını təhlükə altına atıblar”, - deyə XİN sözçüsü vurğulayıb.

Qeyd edək ki, İraqda İŞİD-dən xilas edilən və orada uşaq evində saxlanılan 4 yaşlı Abdulla ötən axşam Azərbaycana gətirilib.




Ana səhifəyə qayıt        Baxış: 750          Tarix: 13-10-2017, 15:59      

Xəbəri paylaş


Paylaş:   

Prizma