Türkiyədə “Şirinlər” adı ilə qruplaşma yaradan və məşhur kriminal avtoritet "Lotu Quli"ni öldürmək üçün İstanbula gedən azərbaycanlı kriminal avtoritetlərin İstanbul Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsindəki istintaq işi başa çatıb.
Publika.az xəbər verir ki, bu gün səhər saatlarında Rövşən Lənkəranskinin qardaşı Namiq Canıyev, qanuni oğru Hacı Beyləqanski və digər 11 nəfər məhkəməyə aparılıb.
İddialara görə, killer dəstəsinə öldürülmüş "qanuni oğru” Rövşən Lənkəranskinin qardaşı Namiq Canıyev və "Max” ləqəbli Sabri Şirin başçılıq edib.
Qeyd edək ki, həbsdən buraxıldıqdan sonra İstanbula köçən Orxan İsmayılov, Camal Tofiq oğlu Həsənov, Əbdurrəhman Çolak, Orhan Engin, Hacı Ömər Ertekin, Emre Debreli, Kənan Savcı, Necat Bingöl, Berkay Denizci, Mehmet Sabri Şirin və Rövşən Lənkəranskinin qardaşı Namiq Canıyev İstanbulun Bakırköy rayonunda yerləşən "Ömür” alış-veriş mərkəzində saxlanılmışdı.
“Şirinlər” qrupu Rövşən Lənkəranskiyə edilmiş sui-qəsdinin qisasını almaq məqsədilə Türkiyəyə gedən 4 kriminal avtoritetlə 5 milyon dollarlıq razılaşma üçün görüşmüşdü.
Paylaş: