Xəbər lenti

 

Lənkəran sakini dəm qazından boğularaq ölüb.

Ovqat.com APA-ya istinadən xəbər verir ki, hadisə Lənkəran şəhərində baş verib.

1976-cı il təvəllüdlü Elnur Sabir oğlu Məhərrəmov evdə huşsuz vəziyyətdə aşkar edilib. Tibbi Yardım Stansiyasının əməkdaşları hadisə yerinə gələnədək E. Məhərrəmov keçinib.

E. Məhərrəmov hadisə baş verən mənzildə kirayədə yaşayırmış.

Faktla bağlı araşdırma aparılır. 




Ana səhifəyə qayıt        Baxış: 838          Tarix: 20-11-2017, 19:21      

Xəbəri paylaş


Paylaş:   

Prizma