Xəbər lenti

“"Azərbaycan Respublikasının Silahlı Qüvvələri haqqında" qanun layihəsi yüksək səviyyədə hazırlanıb. I oxunuşda qanun layihəsi ilə bağlı edilən təkliflər nəzərə alınıb. Ümumiyyətlə, silahlı qüvvələr haqqında danışarkən xarici təcrübəyə əsaslanmaq, dünyada baş verənləri və ölkəmizin indiki vəziyyətini nəzərə almalıyıq. Biz elə bir sənəd qəbul etməliyik ki, bu qanun hazırki standartlara cavab versin. Təbii ki heç bir qanun Quran ayəsi deyil. Müəyyən vaxtdan sonra ona dəyişiklik etmək mümkündür”. 

Bunu Milli Məclisin deputatı Siyavuş Novruzov parlamentdə qanun layihəsinin müzakirəsi zamanı çıxışında deyib. Deputatların orduya parlament və ya qeyri-hökumət təşkilatlarının nəzarət etməsi ilə bağlı fikirlərinə cavab verən S.Novruzov söyləyib ki, Silahlı Qüvvələrə nəzarət Ali Baş Komandan tərəfindən həyata keçirilir. “Hər hansı bir nöqsan baş verdikdə Ali Baş Komandan tərəfindən struktur dəyişikliyi və ya digər məsələlər həyata keçirilir. Belə olan halda. orduya nəzarətin hər hansı qeyri-hökumət təşkilatı tərəfindən edilməsi təklifini irəli sürmək düzgün deyil”.

S.Novruzov qeyd edib ki, bəzən hərbi xidmətə getməyənlər hərbi xidmətdən danışır. 

“Lakin bu, nəzəriyyə deyil, praktikadır. Bəzən ABŞ-la özümüzü müqayisəedirik. Lakin orada sistem tamamilə fərqlidir. Ali Baş Komandanın tapşırığı budur ki, əsgər yemək bişirməməli, “pol” yumamalı, döyüşə hazır olmalı, taktikanı öyrənməlidir. Bunun üçün digər işlərə başqa şəxslər cəlb olunur. Hazırki əsr tamamilə fərqlidir. Silah növləri tamamilə dəyişilir. Orta məktəbi bitən şəxsi yeni silahların idarə edilməsinə cəlb etmək mümkün deyil. Bunun üçün mütəxəssislər orduya müqavilə əsasında cəlb olunur. Lakin elə ölkələr var ki, orada əsgərlər də müqavilə əsasında xidmət edir. Belə olan halda, onlara nəzarət edilə bilər. Çünki ordu həmin şəxslər üçün iş yeridir, qulluq yeri deyil. Onların reabilitasiyası və digər məsələr üçün QHT-lər lazımdır. Lakin həqiqi hərbi xidmətə çağırılan şəxslərə ictimai nəzarət lazım deyil. Ümumiyyətlə, ordu cəmiyyətdən qapalı olmalıdır ki, o öz işinin öhdəsindən gələ bilsin”-deyə deputat bildirib. 

S. Novruzov müdafiə nazirinin mülki şəxs olması ilə bağlı səslənən fikirlərə də münasibətini bildirib: “Müharibə şəraitində olan bir ölkənin müdafiə naziri peşəkar hərbiçi olmalıdır. Bir dəfə riyaziyatçını müdafiə naziri qoydular, gördük nə baş verdi və ölkənin başına nə oyun açdı. Bu baxımdan düşünürəm ki, ordunun başında peşəkar hərbçi şəxs dayanmalıdır. Çünki ölkəmiz müharibə şəraitindədir. Bəzi ölkələrdə müdafiə nazirinin mülki şəxs olması bizdə də belə fikirlərin yaranmasına səbəb olub. Lakin müharibəşəraitində olan ölkənin qanununda belə müddəlara yol vermək mümkün deyil. Ordu sirləri qapalı olmalıdır. Mətbuat ordunun özünün yaydığı məlumatda kənar məlumatları yaymamalıdır”. (Modern.az)




Ana səhifəyə qayıt        Baxış: 636          Tarix: 15-12-2017, 15:24      

Xəbəri paylaş


Paylaş:   

Prizma